Dərc edildi: Baxış sayı: 948
77 il əvvəl itkin düşən sualtı qayıq tapıldı
İkinci dünya müharibəsi zamanı nasist Almaniyasına qarşı savaşda 40 ekipaj üzvü ilə itkin düşən Sovet İttifaqına məxsus sualtı qayıq 77 il sonra tapılıb.
“Ölkə.Az” xəbər verir ki, “U-308” tipli “Semqa” sualtı qayığı Baltik Dənizində itkin düşmüşdü. Müharibədən sonra da qayığın axtarışları davam etsə də, nəticə əldə edilməmişdi.
Sualtı qayıq 77 il sonra tədqiqatçılar tərəfindən Finlandiya körfəzində tapılıb. Araşdırmalar zamanı məlum olub ki, sualtı qayıq top gülləsi dəydiyi üçün batıb. Hazırda araşdırmalar davam edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət