Slimfit
  1. MARAQLI

7500 bitcoin itirən şəxs – James Howells

7500 bitcoin itirən şəxs – James Howells
Sakura

7500 bitcoin itirən şəxs – James Howells

James Howells - kriptovalyuta camiyyəsində 2013-cü ildə 7500 bitcoin-i zibilliyə ataraq onları birdəfəlik itiriən şəxs kimi tanınır.

James Howells 2009-cu ildə öz kompüterində bitcoin mayninq etməyə başlayıb. Həmin vaxt bitcoin mayninqi olduqca sadə və ucuz idi, həmçinin hər bir blok üzrə mükafat 50 BTC təşkil edirdi. Beləcə James 7500 BTC toplamağı bacarmışdı. Bundan əlavə həmin dövrdə bitcoin dollara mübadilə edilmirdi və heç kim BTC-ni ödəniş forması kimi qəbul etmirdi. Bitcoin mayninqi bahalı fəaliyyət növünə çevrildikdən sonra James Howells mayninq üçün istifadə etdiyi kompüter hissələrini e-Bay-da satdı. Lakin BTC-lərin adresləri və onların xüsusi açarlarının saxlandığı hard diski satmadı. Problem ondadır ki, 2013-cü ildə James 7500 BTC-nin xüsusi açarlarının hard diskdə olduğunu unudaraq onu zibilliyə atıb. Bu unutqanlıq ona baha başa gəlir və sonradan bu diskin düşə biləcəyi ehtimal edilən zibilliklərin xüsusi axtarış qruplarının köməyi ilə nə qədər axtarsa da tapa bilmir. Onun 7500 BTC-si hələ də bitcoin blockchain-də mövcuddur ancaq James Howells da daxil olmaqla artıq heç kim onları istifadə edə bilməz.

Mənbə: Milli.Az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR