Slimfit
  1. CƏMİYYƏT

700 bal toplayan abituriyent seçim etdi

700 bal toplayan abituriyent seçim etdi
Sakura

700 bal toplayan abituriyent seçim etdi

Pandemiyaya qədər fərdi hazırlıq kursuna gedirdim. Onlayn dərslərə keçəndən sonra kurslar fəaliyyətini dayandırdı və kursumuz da onlayn formada hazırlıq keçməyə başladı.

Ens.az xəbər verir ki, bunu Axar.az-a açıqlamasında 2019-2020 tədris ilinin yekununda ali məktəbə qəbul imtahanlarında I ixtisas qrupu üzrə maksimum nəticə toplayan abituriyent Hüseyn Abdullayev deyib. O bildirb ki, artıq universitet seçimini də edib:

“Bakı Ali Neft Məktəbini seçəcəm. İxtisasım da böyük ehtimalla informasiya təhlükəsizliyi olacaq. Bu, dövrümüzün aktual sahələrindən biridir. Azərbaycanda da bu sahəyə böyük tələbat var”.

H.Abdullayev bildirib ki, 700 bal toplamağında bütün müəllimlərinin rolu var:

“700 bal toplamağımı ilk olaraq dostumdan eşitdim. Daha dəqiq desək, dostum bildirdi ki, cavablar çıxıb. Mən də sayta daxil olub gördüm ki, maksimum nəticə göstərmişəm. Çox sevindim. Bütün abituriyentlərə uğurlar arzulayıram”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR