Slimfit
  1. MARAQLI

70 yaşlı almaniyalı azarkeş bütün dünyanı təəccüb içində qoydu

70 yaşlı almaniyalı azarkeş bütün dünyanı təəccüb içində qoydu
Sakura

70 yaşlı almaniyalı azarkeş bütün dünyanı təəccüb içində qoydu

4 ildən bir keçirilən Dünya Çempionatının 21-ci buraxılışına ev sahibliyi edən Rusiya artıq futbol azarkeşlərini qəbul etməyə başlayıb.

Publika.az xəbər verir ki, Almaniya vətəndaşı Hubert Uirt 14 iyunda başlanacaq çempionatda ölkəsinin millisini dəstəkləmək üçün 1936-cı ildə istehsal olunan traktoru ilə gedib.

70 yaşlı azarkeşin traktoru saatda 20 km sürətlə gedə bilir. Halbuki, traktor 1960-cı illərdə dövrünün ən sürətli traktorlarından olub.

Uirt səyahəti əsnasında keçdiyi Avropa şəhərlərində insanların onunla yaxından maraqlandığını və onunla daim söhbət etdiklərini deyib. Ona bu səyahətdə “həyat yoldaşı” adlandırdığı iti Hekse yoldaşlıq edir.

Traktorunda “Salam, Moskva” sözləri yazılan Uirt 1700 km yol qət edib və Rusiyaya çatmağı bacarıb. Onun növbəti hədəfi 17 iyunda keçiriləcək Almaniya-Meksika matçının baş tutacağı şəhərə çatmaqdır.

Zümrüd

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR