Slimfit
  1. AZƏRBAYCAN

7 yaşlı Rüfətə yardım edək

7 yaşlı Rüfətə yardım edək
Sakura

7 yaşlı Rüfətə yardım edək

Rüfətin Hekayəsi

Rüfətin 7 yaşı var və o artıq 1 ildir ki berkit limfoması ilə mübarizə aparır. Azərbaycanda mümkün olmadığı üçün, Türkiyənin Acıbadem Altunizade Hospitalında keçiriləcək “Sümük iliyinin köçürülməsi” prosedurundan sonra Rüfət, 94% sağala bilər. Prof. Dr. Gülyüz Öztürk tərəfindən aparılacaq və ümumilikdə bir neçə ay çəkən bu əməliyyatın qiyməti 238,000 manatdır. Sentyabr ayının 14-ündən bugünə qədər xeyirxah insanların səyi ilə 16,000 azn məbləğ toplanılıb amma əməliyyat üçün lazım olan miqdardan biz hələdə çox geridəyik.

Abdullayev Rüfət Rəşid oğlu 18 avqust 2011-ci ildə İsmayıllı rayonunda anadan olub. 12 Oktyabr 2017ci ildə Rüfət ayağında yaranmış sınığın sağalmaması və qarında ağrılardan şikayət edərək İsmayıllı rayonundan Bakıya gələrək, Mərkəzi Klinik Xəstəxana müraciət etmişdir. Aparılmış müayinələr zamanı qarın boşluğunda törəmə aşkarlanıb. Kompleks müayinələr və müalicə üçün Milli Onkologiya Mərkəzi-ə müraciət edib. Cərrahi əməliyyat icra edilib və B NHL BMF protokolu ilə PKT müalicəsi tamamlanmışdır. 3 aylıq fasilədən sonra Rüfət şişkinlik, mərkəzi sinir sisteminin zədələnməsi nəticəsində-çəpgözlük şikayəti ilə təkrar müayinələrdən keçmiş, residiv aşkarlanmışdır. Son kliniki diaqnoz kimi Berkit Limfoması-nın sümük iliyi, hər iki böyrəkdə və sol testisdə qayıdışı müəyyən olunmuşdur.

Rüfət xəstəliyin qayıdşından öncə 8 sonra isə 4 kimyaterapiya keçib. Toplam 2 əməliyyat və 12 kimyaterapiya hətta böyüklərin belə bəzən öhtəsindən gələ bilməyəcəyi qədər çətindir.

Milli Onkologiya Mərkəzi-ndə, həkimi G. Ələsgrova-nın tövsiyyəsi ilə əməliyyat üçün Acıbadem hospitalına müraciət edilmiş və danışıqlar aparılmışdır. Rüfətin sümük iliyində öz kök hüceyrələrinin köçürülməsi ilə 100%, digər(qardaşı və sair) donorun kök hüceyrələrinin istifadəsi ilə isə 94% sağalmasına şansı var.

Məktuba əlavədə Acıbadem hospitalından gönrərilmiş qaimə-hesab faktura-ya əsasən əməliyyatın keçirilməsi üçün 140,000$ ( 238,000 AZN ) vəsait lazımdır.

Bütün uşaqlar kimi, Rüfətin də arzuları var. Onlardan ən başlıcası isə məktəbə getmək, oxumaq, yeni dostlar qazanmaqdır. Rüfət keçmiş 2017ci il ərzində yalnız 1 ay 1ci sinifə gedə bilib.

Gəlin Rüfətin bu arzusunun reallaşdırmağa kömək edək. Ən kiçik dəstəyiniz belə onun yaşamaq şansıdır.

Aşağıda Rüfət-in atası Abdullayev Rəşid Abdulla oğlu-un adına açılmış hesab göstərilib. 

MilliÖn cihazları ilə ödəmə etmək üçün

Bank Xidmətlərindən KAPİTAL BANK-ı seçirsiniz

Kart hesabının artırılması seçin

Aşağıdakı kart hesablarından müfafiq olanını seçirsiniz

AZN – 4169 7332 1304 2224
USD – 4169 7332 1263 2686

Nəğd və ya plastik kart növünü seçirsiniz.

Mədaxil edib, əməliyyatı bitirirsiniz.

Bu sağala bilən xəstəliklə mübarizədə Rüfəti və ailəsini yalnız qoymayaq.

Ailəsi əvvəlcədən hamınıza dəstəyinizə görə çox təşəkkür edir.

Facebook qrup : https://www.facebook.com/groups/251362135522965/

İnstagram: @HELP_SAVE_RUFAT #238minden1i

Əlaqə: +994 50 286 5156 Elçin Kərimov

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR