7 oktyabr-Beynəlxalq Üçlü Sinirin Nevralgiyası Günüdür
Üçlü sinirin nevralgiyası insanın yaşadığı ən ağrılı tutmalardan biridir. Həmin günün qeyd olunması xəstəlik haqqında məlumatın yayılmasına xidmət edir. Onun barəsində məlumatların yayılması kampaniyası 2013-cü ildə TNnME (üçlü sinirin nevralgiyası və Mən) təşkilatının sayəsində başlanılıb.
AZƏRTAC xəbər verir ki, xəstəlik ağrı, stress, üz əzələlərinin atrofiyası, dərinin ağarması və qızartısı, habelə digər əlamətlərlə özünü göstərir. Həmin hallarla üzləşən kimi yubanmadan həkimə müraciət edilməlidir. Xəstəliyin ilkin mərhələsində və bəzi hallarında xalq təbabəti üsullarından yardımçı vasitə kimi istifadə edilir.
Üçlü sinirin nevralgiyası müxtəlif səbəblərdən yarana bilər. Onunla həm də ayrıca xəstəlik kimi, həm də digər xəstəliklərin ağırlaşmaları zamanı üzləşmək mümkündür, lakin əsasən müxtəlif infeksiyalar, stress, yorğunluq, soyuqlama, üz nahiyəsinin zədələnmələri nəticəsində əmələ gəlir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət