Slimfit
  1. CƏMİYYƏT

7 İyun “Ümumünya Qida Təhlükəsizliyi Günü”dür

7 İyun “Ümumünya Qida Təhlükəsizliyi Günü”dür
Sakura

7 İyun “Ümumünya Qida Təhlükəsizliyi Günü”dür

7 İyun Ümumdünya Qida Təhlükəsizliyi Günüdür. Ümumdünya Qida Təhlükəsizliyi Günü Birləşmiş Millətlər Təşkilatının (BMT) 20 dekabr 2018–ci il tarixli qərarı ilə təsis edilib.

7 İyun Ümumdünya Qida Təhlükəsizliyi Günü ərzaq təhlükəsizliyinin qida məhsullarının təhlükəsizliyi ilə sıx bağlı olması, dünyada ərzaq istehsalat-təchizat zəncirinin daha da mürəkkəbləşdiyi, qida məhsullarının təhlükəsizliyi ilə bağlı istənilən xoşagəlməz hadisələrin insanların sağlamlığına, ticarətə, ümumilikdə bütün dünya iqtisadiyyatına mənfi təsiri nəzərə alınaraq təsis edilib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, dünyada hər il təxminən 600 milyon insanda müxtəlif kimyəvi, bakteriya, virus, parazit və toksin kimi maddələrlə çirklənmiş qidaların istehlak edilməsi nəticəsində qida zəhərlənmələri baş verir ki, bunun nəticəsində dünyadakı hər 10 insandan biri tibbi müayinəyə ehtiyac duyur. Təəssüf ki, qida təhlükəsizliyinin mahiyyətini insanlar yalnız kiçik və ya böyük miqyaslı qida zəhərlənmələri yaşadıqdan sonra anlayırlar. Bu səbəbdən təhlükəsiz qida ilə qidalanmadıqda mədə-bağırsaq infeksiyalarından tutmuş xərçəngə qədər 200-dən artıq xəstəliyə yoluxma halı baş verir.

“Ümumdünya Qida Təhlükəsizliyi Günü”nün qeyd olunması sözügedən təhlükələrə diqqət çəkmək üçün Kodeks Alimentarius Komissiyasının, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşkilatçılığı ilə həyata keçirilir. Bu il “Ümumdünya Qida Təhlükəsizliyi Günü” dünyanın diqqətini qida təhlükəsizliyi mövzusuna çəkmək üçün “Qida təhlükəsizliyinə görə hər kəs məsuliyyət daşıyır” şüarı ilə keçirilir.

 
 
 
 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR