Slimfit
  1. MARAQLI

7 günə necə xoşbəxt olmaq olar?

7 günə necə xoşbəxt olmaq olar?
Sakura

Pis əhval-ruhiyyənin öhdəsindən təqribən bir neçə dəqiqə ərzində gəlmək olar

Pis əhval-ruhiyyənin öhdəsindən təqribən bir neçə dəqiqə ərzində gəlmək olar. Bunun üçün xüsusi fəndlər var. BBC Future-nin icmalçısı elmi cəhətdən təsiri sübut olunan emosional vəziyyəti yaxşılaşdırmağın bir neçə yolunu təqdim edir.

Gündəlik rutinlər bizdə tez-tez ümidsizlik və özünə mərhəmət hissi yaradır. Lakin taleyin bütün zərbələrinə laqeyd yanaşan insanlar var ki, hətta işləri yolunda getməyən zaman belə onlar pozitiv olurlar. Mery Poppins kimi.

Onlar buna necə nail olurlar? Bəziləri doğuşdan şən xüsusiyyətə sahibdirlər. Bəziləri üçün isə istənilən birimizə kömək etməyə qadir olan, əhval-ruhiyyəni yaxşılaşdıran yoxlanılmış üsullar vardır.

Mütəmadi olaraq bu üsullara cəmi bir neçə dəqiqə sərf etsəniz, siz həyatdan daha çox zövq ala bilərsiniz və emosional tarazlığı asanlıqla qoruya bilərsiniz.

Bu yaxınlarda "Fəaliyyətdə ümumi rifah" adlı saytı yaradan Berkeley şəhərindəki California Universitetinin alimləri əhval-ruhiyyəni qaldırmaq üçün bu sahədə ən yaxşı fəndləri seçərək dərc ediblər. Biz sizə stresslə mübarizə aparmağa kömək edəcək bu fəndlərdən həftəlik plan hazırlamışıq.

Bazar ertəsi: " Dalaşma, yaz"

yazımaq, qələm, qəhvə

Öz fikirlərinizi gündəlikdə ifadə edin, bu bədəni və ruhu sakitləşdirir. Gündəlik tutanlar gözəl bilir ki, hissləri sözlə ifadə edən zaman emosiyaları idarə etmək və hadisəyə kənardan baxmaq asan olur.

Lakin alimlər ilk baxışda bu cür sadə olan bir şeyin nə dərəcədə təsirli olduğunu son vaxtlar anlayıblar. Gündəliyimizə gün ərzində 15 dəqiqə həsr etməklə biz depressiya və narahatlıq əlamətləriylə mübarizədə orqanizmə kömək edirik, immun sistemi möhkəmləndiririk və iş məhsuldarlığımızı yüksəldirik. Nəticələr sizi aylarla sevindirəcək. Bu digər şəkildə qıcıqlanmağa yol verməkdən daha faydalıdır. Qəzəbin aqressiv ifadəsi onsuz da pis olan əhval-ruhiyyəni daha da pisləşdirir.

Mənbə: Journal of Consulting and Clinical Psychology

Çərşənbə axşamı: "Nə qədər sevgi göstərsəniz, o qədər də sevgi görəcəksiniz"

uşaq, it

Təmənnasız bir neçə xeyirxah iş görün. Başqasına kömək etmək sevinci sizə uzun müddət bəs edəcəkdir. Bayağı səslənir, lakin bu həqiqətən də işə yarayır.

Hər həftə beş xeyirxah iş görən insanlar 6 həftəlik təcrübənin sonunda həyatdan məmnunluq hissinin necə artdığını hiss ediblər.

Araşdırmalar səxavətli insanların xoşbəxt və sağlam olduğunu daha çox sübut edir.

Çərşənbə: "Biz hamımız kimin üçünsə önəmliyik"

qız, oğlan

Sevdiyiniz insanlar barədə düşüncələrə bir necə dəqiqənizi həsr edin. Minnətdarlıq stressdən peyvənddir. Həyatınızı yaxın dostunuz və ya partnyorunuz olmadan təsəvvür edin. Dəhşətlidir, deyilmi?

2008-ci ildə dərc edilən araşdırmanın nəticələrinə görə, belə "ağılda olmaq" yekunda əhval-ruhiyyənin yaxşılaşmasına gətirib çıxarır.

Mümkündür ki, burada söhbət bu fəndin köməyilə insanın sevdiklərini "həmişə var" kimi qəbul etməkdən imtina etməsindən gedir. Alimlər dəfələrlə sübut ediblər ki, mütəmadi olaraq minnətdarlıq etmək və bu hissi keçirmək həyatdan zövq almaq üçün əla vasitədir.

Mənbə: Journal of Personality and Social Psychology

Cümə axşamı: "Xatirələrə görə təşəkkür"

kitab, kişi, qadın

Sevimli fotonuzu seçin və onunla bağlı xatırələrinizi yazın. Bu sizin həyatınızı mənalı edəcəkdir.

Psixoloqlar həyatda məqsədin necə vacib olduğunu anlamağa başlayıblar. Həyatın mənasını qəbul edən insanlar bir qayda olaraq müvəqqəti çətinliklərin öhdəsindən daha yaxşı gəlirlər.

Araşdırmalar göstərir ki, köhnə fotolara baxmaq sizin həyatınızı əhəmiyyətli edən şeyləri sizə xatırlatmaq üçün yaxşı vasitədir. Bu istər ailə və dostlar olsun, istərsə də xeyirxahlıq və karyera. Keçmişi xatırlayaraq siz keçmişlə əlaqəni bərpa edirsiniz, bir qədər əvvəl baş verən hadisələri isə kontekstdə nəzərdən keçirirsiniz. Bu sizə günün məyusluğunu və həyəcanını bir az yumşaq şəkildə qəbul etməyə kömək edir.

Mənbə: Journal of Contextual Behavioral Science

Cümə: "Baxanın gözlərində möcüzə"

yol

Təbiətin gözəlliyinə heyran qaldığımızda biz həyatın çətinliklərinə görə daha az narahat oluruq. Rutinlər sizi yorursa, gündəlik qayğılara ilişib qalmaq və tunelin sonundakı işığı görmək asan olmayacaq.

Məhz buna görə də alimləri ən çox bizim zövq aldığımız və həyəcan keçirdiyimiz hadisələr nəticəsində yaranan müsbət təsir maraqlandırır. Bu istər ulduzlu səma mənzərəsi və ya kilsə ziyarəti olsun. Genişmiqyaslı bir şeylə bağlı həyəcan hissi keçirmək bizim üfüqlərimizi genişləndirir.

Araşdırmalar göstərib ki, bu cür təcrübə insanları daha xoşbəxt və fədakar, daha səbrli və həyəcanlı edir. Hətta sizdə həyəcan yaradan hadisə barədə sadəcə öz təəssüratlarınızı yazsanız, bu sizin xeyrinizə olacaq. İdeya çatışmır? O zaman Yer üzündəki ən möhtəşəm mənzərələrin təqdim edildiyi video çarxımızı izləyin.

Mənbə: Psychological Science

Şənbə: "Fasilə edin, proqramı sıfırlayın"

qadın

Bir həftə ərzində televizordan, spirtli içkidən və şokoladdan imtina etməyə cəhd göstərin. Bu sizə gündəlik zövqlərdən daha çox həzz almağa köməklik edəcəkdir.

Müəyyən zaman keçdikdən sonra biz nə vaxtsa bizə rahatlıq gətirən bir şey üçün daha az sevinc hissi keçirdirik. Əgər siz bu hissləri yenidən keçirmək istəyirsinizsə, həzz mənbəyinizdən imtina etməyə cəhd göstərin. Məsələn sevdiyiniz yeməkdən və ya içkidən bir həftəlik imtina edin. 7 gün sonra siz "proqramınızı" sıfırladığınızı və yenidən ilk dəfə olduğu kimi sevindiyinizi görəcəksiniz. Keçən vaxt ərzində ola bilsin ki, siz həzz almaq üçün başqa yol tapmısınız, buna da güzəşt etməyə dəyməz.

Əgər sizə bir həftəlik imtina həddən artıq sərt görünərsə, o zaman sevdiyiniz işlə məşğul olan zaman psixi marağınızı sınaqdan keçirin. Belə deyək, siz bu qurtum qəhvə alarkən, dad reseptorlarının (üzvləri) qəbul etdiyi qoxular simfoniyasına diqqət edin. Bu təcrübə bizə gündəlik zövqləri qiymətləndirməyə kömək edəcək, stressi və narahatlığı azaldacaqdır.

Mənbə: Social Psychological and Personality Science

Bazar: "Özünü günahlandırmağa son"

qadın

Biz hamımız səhv edirik. Öz günahında ilişib qalmaq yalnız yeni səhvlər etmək ehtimalını artırır. İtaliyada belə bir atalar sözü var. La lingua batte dove il dente duole - "Dil dişin ağrıdığı yeri yalayır". Bu bizim şüurumuzun keçmişdə baş verən ürək ağrıdıcı hadisələri daima xatırlamağa meylli olmasının mükəmməl təsviridir.

Təəssüf ki, psixoloqlar günah hissinin tez-tez əks təsirə gətirib çıxardığını sübut ediblər. Bunun bizi daha narahat və bədbəxt etməsi az deyilmiş kimi, gələcəkdə yeni uğursuzluqlara da təhrik edir. Məhz buna görə də, heç olmasa bir neçə dəqiqə ərzində özün barədə yaxşı düşünməlisən, bu yolla iradə gücünü möhkəmləndirərək tam xoşbəxt olmaq olar.

Çox gurultulu səslənir? Əgər siz bu üsulu öz üzərinizdə sınaqdan keçirmək istəsəniz burda təqdim edilən təcrübə təlimatı (ingilis dilində) sizə faydalı ola bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR