660 bal toplayan gənc ADPU-nun Şəki Filialını seçdi
Qəbul imtahanlarında 660 bal toplayan abituriyent paytaxtaxın nüfuzlu universitetlərini yox Azərbaycan Dövlət Pedaqoji Unverstetinin Şəki filyalını seçib.
Elcan Səlimli Şəki şəhər 20 saylı məktəbi bu il qızıl medalla başa vurub.Buraxılış imtahanlarındada Azərbaycan dilindən 100 faiz nəticə gostərən şağird həm də Azərbaycan dili üzrə respublika fənn olimpiyadasınin gümüş medalını qazanıb.Qəbul imtahanlarında yüksək bal toplasada Təhsilini şəkidə Pedaqoji Unverstetdə davam etdirmək istəyib.
Onun bu seçmini müəllimləri ilə yanaşı ailəsi də dəstəkləyib. elcan səlimli deyir ki, onun arzusu Azərbaycan dilini daha mükəmməl öyrənərək bu sahədə mütəxəssis olmaqdır. Azərbaycan dilinin incəliklərinə bələd olmaq üçün bir necə xarici dilin öyrənilməsini vacib sayır. Ona görə də ingilis dili üzrə xarici dil müəllimliyini seçib.
Sevindirici məqamlardan biri də son illər yüksək bal toplayan abutiryentlər arasında müəllimlik ixtisasına yiyələnlərin sayının artmasıdır.
Elcan Səlimli deyir ki yüksək bal toplamağın isə heç bir sirri yoxdur. Çalışqan olmaq və çoxlu oxumaq lazımdır. Xüsusi ilə də telefon və kompüterdən mümkün qədər uzaq durmaq şərti ilə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət