Slimfit
  1. CƏMİYYƏT

65 yaşdan yuxarı insanların yenidən çölə çıxmasına qadağa qoyulur?-AÇIQLAMA

65 yaşdan yuxarı insanların yenidən çölə çıxmasına qadağa qoyulur?-AÇIQLAMA
Sakura

65 yaşdan yuxarı insanların yenidən çölə çıxmasına qadağa qoyulur?-AÇIQLAMA

Xəbər verdiyimiz kimi ölkə ərazisində gündəlik koronavirusa yoluxanların sayı 300-ü keçdiyinə görə karantin rejimində yenidən şərtləşmə tətbiq edilir. Hətta keçən həftə şənbə-bazar günləri insanların çölə çıxmasına qadağa qoyuldu. 65 yaşdan yuxarı insanların yenidən çölə çıxmasına qadağa qoyula bilərmi?

Ens.az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat Azər Badamov bildirib ki, bununla bağlı qərarları Operativ Qərargah verir: "Karantin rejimində hansı məhdudiyyətlərin yenidən tətbiq olunacağını zaman göstərəcək: "Amma son günlərin yoluxması yüksəkdir. Amma ola bilsin ki, bir neçə gündən sonra infeksiyaya yoluxmalar sürətlə aşağı ensin və karantin rejimində daha çox yumşalmalar həyata keçirilsin. Həm də bunun tamamilə əksi də ola bilər. Yəni, gündəlik yoluxmaların dinamikasında sürətli artım müşahidə olunsun və yenidən daha sərt karantin rejimi yenidən gündəmə gəlsin. Hər şey insanların əlindədir. Biz üzərimizə düşən sosial məsuliyyətimizi dərk edərək qəragahın tələb və tövsiyyələrini icra etsək heç bir məhdudiyyətə ehtiyac qalmaycaqdır".

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR