Slimfit
  1. CƏMİYYƏT

65 yaşdan yuxarı insanların toy və yaslarda iştirakına qadağa qoyulmalıdır- AÇIQLAMA

65 yaşdan yuxarı insanların toy və yaslarda iştirakına qadağa qoyulmalıdır- AÇIQLAMA
Sakura

65 yaşdan yuxarı insanların toy və yaslarda iştirakına qadağa qoyulmalıdır- AÇIQLAMA

Sentyabrın 4-dən etibarən Türkiyədə toy və nişan kimi mərasimlərin müvəqqəti olaraq keçirilməyəcək, daha doğrusu müəyyən məhdudiyyətlərlə yalnız 1 saat ərzində keçiriləcək.

Həmçinin bəylə gəlinin birinci dərəcəli yaxın qohumlarının yaşı 65-dən yuxarı, 15-dən aşağı olarsa, nikah mərasiminə buraxılmayacaq. Nikah mərasimində oyun oynanılması, kütləvi yemək-içmək qadağandır.

Azərbaycanda toy və yas mərasimlərində hansı xüsusi qaydalar tətbiq etmək olar? Yaxın aylara kimi karantin rejimi davam edərsə, məhdud sayda, sosial məsafə və maksimum iştirakçı say həddi müəyyən olunmaqla məclislər keçirilə bilərmi?

Ens.az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a deputat Cavid Osmanov danışıb.

Deputat bildirib ki, bu gün pandemiya ilə bağlı qoyulan qaydalar bir müddət davam etsə məqsədəuyğundur:

"Mənə elə gəlir ki, qarşıdan gələn payız mövsümünü gözləməliyik. Mütəxəssislərin verdiyi rəyə görə payızda yoluxma halının çox olması ehtimalı var. Noyabr ayında qrip virusunun yayılması mövsümü başlaycaq. Düşünürəm ki, həmin vaxta kimi hər kəsin tələsmədən gözləməsi daha yaxşı olardı. Ondan sonrakı mərhələdə mövcud vəziyyət analiz və təhlil edilərək, yəni koronavirusun statistika və yayılma göstəricilərinə yenidən baxıldıqdan sonra Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edəcək.

Həmin mərhələdən sonra belə toy və yas mərasimlərinin keçirilməsində əvvəlki qaydalara qayıtmaq düzgün olmazdı. Mən hesab edirəm ki, 65 yaşlı insanların mərasimlərdə iştirakı karantin bitənədək, qaydalar qoyulsa belə davam etməlidir.

Bizim toy və yas mərasimlərində də Türkiyədəki kimi 65 yaşlı insanların iştirakına qadağalar qoyulsa yaxşı olar. Eyni zamanda biz Türkiyə praktikasına istinad ediriksə, həmin qaydaların tətbiqinin ilkin nəticələrindən sonra vəziyyəti bir daha təhlil edib bu qaydaları tətbiq edə bilərik. Bütövlükdə kütləvi tədbirlərin keçirilməsi istənilən halda çox təhlükəlidir. Kütləvi tədbirlərin keçirilməməsi, karantin bitənədək davam etməsi məqsədəuyğundur".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR