Slimfit
  1. DÜNYA

61 yaşlı müsəlman xanım dünyaya əkiz uşaq gətirdi

61 yaşlı müsəlman xanım  dünyaya əkiz uşaq gətirdi
Sakura

61 yaşlı müsəlman xanım dünyaya əkiz uşaq gətirdi

Livanda nadir bir olay qeydə alınıb - 61 yaşlı qadın əkiz körpələr doğub.

Moderator.az-ın  xarici İslam saytlarına istinadla verdiyi xəbərdən bəlli olur ki, livanlı müsəlman xanım Məryəm Avada və onun əri on illərlə  övlad gözləyiblər. Uzunmüddətli müalicələrin uğursuzluğuna baxmayaraq cütlük ümidsiz qalmayıb. Ər-arvad Yenilməz Qüvvət Sahibi olan Allahın mərhəmətinə güvənərək  davamlı şəkildə həkimlərə müraciət  edib. 

Nəhayət, ekstrakorporal mayalanma(qadın yumurtalığı kənarda süni şəraitdə mayalandırıldıqdan və döl 3-5 gün inkişaf etdikdən sonra yenidən ana bətninə yerləşdirilir)  nəticəsində Məryəm hamilə qalıb. Hamiləlik dövründə qadın hormonal terapiya da daxil olmaqla çox miqdarda dərman qəbul edib. Amma hər şey yaxşı başa çatıb.  Bu günlərdə kesar əməliyyatı nəticəsində 61 yaşlı Məryəmin uzun müddət gözlədiyi əkizlər: Əmir və Həsən dünyaya gəlib...

"Mən inanılmaz dərəcədə xoşbəxtəm və hər bir qadının ana olması üçün dua edirəm. 23-24 yaşımdan "ana" sözünü eşitmək üçün gözlədim”,- deyən xoşbəxt müsəlman ana uşaqlara görə Allaha şükürlər edib.

Allah bütün övladsız ailələri arzusuna çatdırsın!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR