Slimfit
  1. AZƏRBAYCAN

600 kq at əti müsadirə edildi

600 kq at əti müsadirə edildi
Sakura

600 kq at əti müsadirə edildi

Qida təhlükəsizliyi Agentliyi və Dİn Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən Bərdə rayonunda əməliyyat keçirilib.

Qafqazinfo”nun əldə etdiyi məlumata görə, əməliyyat zamanı rayon sakini 1987-ci il təvəllüdlü Alim Məmmədov və 1976-cı il təvəllüdlü Teymur Bağırov saxlanılıb. Onların həyətindəki yarımtikilidən 600 kiloqram at əti və 2 ədəd kəsilməkdə xəstə olan at aşkar edilib.

Qeyd edək ki, əməliyyatla bağlı “Qafqazinfo” Qida Təhlükəsizliyi Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mansur Piriyevlə əlaqə saxlayıb. O, faktı təsdiqləyib. Bildirib ki, ümumiyyətlə Agentlik tərəfindən qanunsuz heyvan kəsimi fəaliyyəti ilə bağlı aidiyyəti qurumlarla birgə tədbirlər həyata keçirilməkdədir: “Sözügedən faktla bağlı onu deyə bilərik ki, hazırda hüquq-mühafizə orqanları ilə birgə araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsi ilə bağlı dəqiq və dolğun məlumatlar ictimaiyyətin diqqətinə çatdırılacaq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR