Dərc edildi: Baxış sayı: 481
600-dən yüksək bal toplayan 347 tələbə UNEC-i seçib
Universitetdən verilən məlumata görə, UNEC-ə qəbul cəmi 4739 nəfər olmaqla bakalavriat səviyyəsi üzrə 3286 nəfər, magistratura səviyyəsi üzrə isə 1453 nəfər qəbul olub.
Bu il ən yüksək bal toplayanların UNEC-ə qəbul sayında da ciddi irəliləyiş qeydə alınıb. II ixtisas qrupu üzrə 600 və daha yüksək bal toplayan 550 nəfərin 347-si, yəni 63 faizinin (I ixtisas qrupu üzrə isə 1 nəfər) seçimi məhz UNEC olub. 2014-cü illə müqayisədə 600 və daha yüksək bal toplayaraq UNEC-ə qəbul olanların sayı 3.8 dəfə artıb.
Bu tədris ilində də II ixtisas qrupu üzrə 700 ballıq nəticə göstərən abituriyentlərdən biri UNEC-in Beynəlxlaq İqtisadiyyat Məktəbinə qəbul olunub.
Beləliklə, 600 və daha yüksək balla UNEC-ə qəbul olan 347 abituriyentdən 1 nəfər 700, 29 nəfər 680-700, 95 nəfər 650-680 bal toplayıb.
Universitet üzrə qəbul olanların orta bal göstəriciləri son üç ildə xeyli yüksəlmiş və 409 bal olub. Orta bal göstəricisinin maksimal həddi Beynəlxalq İqtisadiyyat Məktəbində qeydə alınıb. Belə ki, orta keçid balı 2016-cı ildə 635, 2017-ci ildə 645 bal olduğu halda, 2018-ci ildə göstərici 13 bal artaraq 658-ə çatmış, minimal keçid balı isə 629 olub.
UNEC-in Zaqatala filialı üzrə faktiki qəbul ötən il 167 nəfər təşkil etdiyi halda, bu il göstərici 1.7 dəfə yüksələrək 294 nəfər olub. 2017/2018-ci tədris ilində qəbul olan tələbələrin topladığı maksimal bal 427 idisə, bu tədris ilində 440-a yüksəlib.
Magistratura səviyyəsinə qəbulda da uğurlu nəticələr qeydə alınıb. Belə ki, 2017-ci illə müqayisədə bu ilki faktiki qəbul 1444-dən 1453 nəfərə yüksəlib. Bununla da son 4 ilin qəbul göstəriciləri iqtisadiyyat və idarəetmə ixtisaslarında 22.3%, texniki və texnoloji ixtisaslar üzrə isə 53.3% artıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət