Slimfit
  1. CƏMİYYƏT

60 yaşı tamam olan müəllimlərə - ŞAD XƏBƏR

60 yaşı tamam olan müəllimlərə - ŞAD XƏBƏR
Sakura

60 yaşı tamam olan müəllimlərə - ŞAD XƏBƏR

“Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında “Əmək Məcəlləsi” və bir sıra müvafiq qanunlara təklif edilən dəyişikliklər müzakirə edildi. Layihələr komitə tərəfindən dəstəkləndi və plenar iclasa tövsiyə olundu. Yeni dəyişikliklərə əsasən, ümumtəhsil müəssisələrində 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. Yəni dəyişikliklər qəbul olunandan sonra əgər orta məktəbdə çalışan müəllimin yaşı 60-dan çoxdursa, o heç bir halda məcburi sertifikatlaşdırmaya cəlb edilə bilməz. Bu halda müəllim yalnız öz istəyi ilə sertifikatlaşdırmada iştirak edə bilər”.

Referans.az xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, iclasda çıxışı zamanı sertifikatlaşdırma prosesinin təkmilləşdirilməsi ilə bağlı bir sıra təkliflərini təqdim edib.

“Əvvəla, müəllimlərin əməyinin keyfiyyət kriteriyası üzrə qiymətləndirilməsi müsbət hal olsa da, belə meyarların sayının artırılmasına ehtiyac var. Sertifikatlaşdırma əməyin dəyərləndirilməsi üçün yeganə meyar olmamalıdır və əksər inkişaf etmiş ölkələrdə olduğu kimi, digər kriteriyalardan, o cümlədən sinif qiymətləndirmə yekunlarından istifadə olunmalıdır.

İkincisi, sertifikatlaşdırmada diferensial yanaşma daha məqsədəuyğun olardı. Mövcud qanunvericiliyə əsasən, müəllim 3 dəfə məcburi sertifikatlaşdırmadan keçməlidir. Amma sertifikatlaşdırmanın sayı və müddəti müəllimin topladığı nəticəyə diferensial uyğunlaşdırılmalıdır. Bu, müəllimlərin təşviqi baxımdan da vacibdir. Məsələn, 80 faiz və daha çox nəticə göstərən müəllimlər üçün növbəti sertifikatlaşdırma 5 il deyil, daha uzun müddətdən sonra aparıla bilər. Və ya müəllim iki sertifikatlaşdırmada ardıcıl 80 faiz və daha yüksək nəticə göstərirsə, o zaman üçüncü sertifikatlaşdırmada iştirak onun üçün məcburi olmaya bilər.

Elm və Təhsil Nazirliyi ilə təhsil sektorunun inkişafı ilə bağlı mütəmadi faydalı müzakirələrimizin aparıldığını və təkliflərimizə hər zaman diqqətlə yanaşdıqlarını nəzərə alaraq əminik ki, sertifikatlaşdırmanın təkmilləşdirilməsi ilə əlaqədar da səmərəli fikir mübadiləsi aparılacaq”, - deyə deputat qeyd edib.(Sfera.az)

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR