Slimfit
  1. DÜNYA

60 min yaşı olan qədim silah emalatxanası tapıldı

60 min yaşı olan qədim silah emalatxanası tapıldı
Sakura

60 min yaşı olan qədim silah emalatxanası tapıldı

Neandertallar müasir insanın əcdadı sayıldığından, onlarla bağlı hər arxeoloji tapıntı bizim üçün çox maraqlıdır. Polşadan gələn xəbər bu mənada çox vacibdir.

Bizimyol.info xəbər verir ki, arxeoloqlar Polşada neandertalların alətlər və silahlar hazırladığı emalatxana tapıblar. Tapıntılar Sileziya vilayətində aşkar edilib. Tədqiqatçılar orada 17 minə qədər daş məmulatlar üzə çıxarıblar. Analiz göstərir ki, tapıntıların 60 min yaşı var. Onlar Polşa ərazisində təxminən 300 min il əvvəl peyda olublar.

60 min yaşı olan qədim silah emalatxanası

 

Vrotslav universitetinin doktoru Ancey Vişnevskinin dediyinə görə, indiyə qədər hesab edirdilər ki, bu qədər böyük silah qalığı yalnız müasir insanlarda ola bilərdi. Alimlər düşünürdü ki, belə emalatxanalar 40 min il əvvəl yaranıb. Neandertallar bir yerdə uzun müddət yaşamadığından, onlardan belə emalatxana gözlənilmirdi.

60 min yaşı olan qədim silah emalatxanası

Emalatxanada daş baltalar və bıçaqlar, həmçinin onları düzəltmək üçün alətlər tapılıb. Alimlər hazırlanma prosesini də müəyyənləşdirə biliblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR