Dərc edildi: Baxış sayı: 528
“5G” şəbəkəsini dəstəkləyən ilk “iPhone” smartfonunun çıxış tarixi məlum olub
“5G” şəbəkəsini dəstəkləyən ilk “iPhone” smartfonu 2020-ci ildə əlçatan olacaq. Bu haqda “Fast Company” şirkətinin araşdırmasında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, “5G” çiplərin tədarükçüsü “Intel” şirkəti olacaq. “Apple”ın smartfonunda 8161 modemi quraşdırılacaq. Həmçinin məlumata görə, şirkət “Qualcomm” ilə əməkdaşlıqdan imtina edəcək və “Intel” yeganə çip tədarükçüsü olacaq.
10 nanometrlik texnoloji proses üzrə hazırlanacaq 8161 modemi “5G” şəbəkəsində məlumatları yüksək sürətlə ötürəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət