Dərc edildi: Baxış sayı: 587
56 il bir yerdə yaşamış cütlük eyni gündə koronavirusa qalib gəldi
Böyük Britaniyada 56 il bir yerdə yaşamış Merisayd qraflığının sakinləri 77 yaşlı Sidni Mur və həyat yoldaşı 76 yaşlı Cin koronavirusa qalib gəlib.
“Daily Mirror” xəbər verir ki, onların ikisi də aprelin əvvəli xəstəliyə yoluxub.
Ayın 10-u özünü pis hiss edən cütlüyü xəstəxanaya yerləşdiriblər.
Qeyd etmək lazımdır ki, təxminən iki həftə sonra cütlük sağalaraq evə buraxılıb.
Sidni və Cin onları müalicə edən həkimlərə təşəkkür edib.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət