55 yaşlı qadın övladı olmayan qızı üçün uşaq dünyaya gətird
Böyük Britaniyada 55 yaşlı Emma Mayls öz qızı üçün surroqat anaya çevrilib. Qızı sonsuzluqdan əziyyət çəkdiyinə görə ana ona bu yolla kömək etmək qərarına gəlib.
Bizimyol.info xəbər verir ki, Treysi Smitin hələ 15 yaşı olanda həkimlər onun ana ola bilməyəcəyini deyiblər. Çünki qızda anadangəlmə ürək qüsuruna görə qadın orqanlarının bəziləri inkişafdan qalıb.
“Mən diaqnozu bilən gündən anam mənə kömək etmək üçün əlindən gələni etməyə söz verdi”, – Treysi bildirib.
Britaniyalı qız 2016-cı ildə Adam adlı şəxslə nişanlanıb, onda ana olmaq istəyi yaranıb. Emmadan xahiş edib ki, onun üçün surroqat ana olsun. Anası onun bu təklifinə dərhal razılıq verib. Həkimlər Emma Maylsdan bundan ötrü arıqlamasını istəyiblər. Ana qızının arzusunu həyata keçirmək üçün 38 kiloqram çəki itirib, bir müddət harmonal dərmanlar qəbul edib.
Hamiləlik problemsiz keçib və yanvarın 16-da qeysəriyyə yoluyla sağlam qız uşağı dünyaya gəlib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət