Slimfit
  1. CƏMİYYƏT

"500 manat olan pensiya 300 manat əlavə ilə veriləcək" - YENİ TƏKLİF

"500 manat olan pensiya 300 manat əlavə ilə veriləcək" - YENİ TƏKLİF
Sakura

"500 manat olan pensiya 300 manat əlavə ilə veriləcək" - YENİ TƏKLİF

"Bu gün əksər inkişaf etmiş ölkələrdə özəl pensiya fondları fəaliyyət göstərir".

Ens.az bildirir ki, bu barədə "Trend"in suallarını cavablayarkən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

"Dünya təcrübəsində görürük ki, vətəndaşlar özəl pensiya fondlarından çox sıx şəkildə istifadə edir. Özəl pensiya fondu imkan verir ki, vətəndaşlar pensiya yaşına çatdıqda yalnız dövlətdən deyil, özəl pensiya fondundan pensiya ala bilsin.

Bu da təbii ki, pensiya məbləğinin artmasına gətirib çıxarır. Oxşar praktikanın Azərbaycanda tətbiq edilməsi məqsədəuyğundur.

Əgər özəl pensiya fondu yaradılarsa, vətəndaş pensiya çıxan zaman əgər onun pensiya məbləği 500 manatdırsa, özəl pensiya fonduna ödədiyi ödənişlər nəticəsində əlavə olaraq 300 manat almaq imkanı qazanacaq",- deyə o əlavə edib.

V.Bayramov həmçinin bildirib ki, özəl pensiya fondunun etibarlılığı da çox önəmlidir.

"Çünki adətən pensiya fondunda vəsaitlər manatla yığılır və onun idarə edilməsi həyata keçirilir. Ona görə də, burada ilkin kapitalın formalaşdırılması, etibarlılığın artırılması önəm daşıyır.

Hətta biz təklif edirik ki, özəl pensiya fondlarının yaradıldıqdan sonra orada yığılan vəsaitlərin indeksasiyası həyata keçirilsin, valyuta riskləri sığortalansın. Ona görə də mexanizmin daha təkmil şəkildə hazırlanıb, təqdim edilməsinə ehtiyac var",- deyə o əlavə edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR