Dərc edildi: Baxış sayı: 861
50 yaşlı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edildi
50 yaşlı aktiv koronavirus xəstəsi ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, yaşayış yerini tərk edib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, o, mayın 13-də Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb.
Polis əməkdaşları onunla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə evinə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət