Dərc edildi: Baxış sayı: 555
50 Qarabağ müharibəsi əlilinə avtomobil verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 50 Qarabağ müharibəsi əlilinə “Xəzər” markalı avtomobil təqdim edib.
Azvision.az xəbər verir ki, tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Anar Əliyev Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramının nailiyyətlərini diqqətə çatdıraraq ölkəmizin dinamik iqtisadi inkişafı şəraitində güclü sosial siyasətin həyata keçirildiyini vurğulayıb.
O həssas qruplara dövlətin qayğısının artmaqda davam etdiyini diqqətə çatdırıb. Nazir müavini qeyd edib ki, cari ilin ötən dövründə Prezident İlham Əliyevin uğurlu sosial islahatlar paketi əməkhaqlarının, pensiya, müavinət və təqaüdlərin ciddi şəkildə artmasına gətirib çıxarmaqla 4,2 milyon insanın rifahına ciddi dəstək olub.
Nazir müavini 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlillərinə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsi nəzərdə tutulduğunu, hazırda təqdim olunanlar da daxil olmaqla onlardan artıq 330 avtomobil verildiyini diqqətə çatdırıb.
Yeni avtomobillə təmin olunan müharibə əlilləri onların sosial müdafiəsinin gücləndirilməsinə göstərilən yüksək qayğıya, o cümlədən yeni avtomobillərlə təmin edildiklərinə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət