Slimfit
  1. TEXNOLOGİYA

5 nanometrlik prosessorlu ilk smartfonlar nə vaxt hazırlanacaq?

5 nanometrlik prosessorlu ilk smartfonlar nə vaxt hazırlanacaq?
Sakura

5 nanometrlik prosessorlu ilk smartfonlar nə vaxt hazırlanacaq?

“TSMC” şirkəti – dünyanın nəhəng mikrosxem istehsalçısı ikinci nəsil 7 nanometrlik texnologiyanı mənimsəyərək yeni texnoloji proses üzrə hazırlanan çiplərin kütləvi istehsalına başlayıb. Tayvan istehsalçısı, həmçinin gələcək mobil qurğuların prosessorları üçün istehsal xəttinin 5 nanometrlik həllərə nə vaxt keçəcəyini açıqlayıb.

ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “yol xəritəsi”nə görə, şirkət artıq ekstremal ultrabənövşəyi şüalarda litoqrafiya texnologiyasını (EUV) tətbiq etməklə 5 nanometrlik çiplərin riskli istehsalına başlayıb.

Bildirilir ki, yeni çiplərin kütləvi buraxılışı 2020-ci ilin birinci rübünə, 5 nanometrlik texnoloji proses üzərində qurulan prosessorlara malik ilk kommersiya qurğularının yaradılması isə həmin ilin iyununa nəzərdə tutulur.

Hazırda “TSMC” şirkətinin istehsal zavodlarında “EUV” vasitəsilə hazırlanan ikinci nəsil 7 nanometrlik çiplərin kütləvi istehsalına başlanılıb. Elmi tədqiqat zavodlarından biri isə 3 nanometrlik texnoloji prosesin mənimsənilməsi ilə bağlı hazırlıqlara start verib. Hazırkı planlara əlavə olaraq mobil platforma, “5G” avadanlıq, qrafik prosessor və hesablama sistemləri üçün 6 nanometrlik keçid prosesi üzərində iş aparılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR