Slimfit
  1. TEXNOLOGİYA

48 meqapiksellik üçqat kamera ilə təchiz edilmiş “Meizu 16Xs” smartfonu təqdim olunub

48 meqapiksellik üçqat kamera ilə təchiz edilmiş “Meizu 16Xs” smartfonu təqdim olunub
Sakura

48 meqapiksellik üçqat kamera ilə təchiz edilmiş “Meizu 16Xs” smartfonu təqdim olunub

Çinin “Meizu” şirkəti bu gün Çində “Meizu 16Xs” ucuz modelini təqdim edib. Smartfon 48 meqapiksellik “Samsung ISOCELL Bright GM1” sensoruna malik üçqat kamera ilə təchiz edilib və barmaq izi skaneri birbaşa ekrana quraşdırılıb.

ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, “Meizu 16Xs” smartfonu 6,2 düymlük “Full HD ” (1080x2232 piksel) təsvir ölçülü “AMOLED” ekran, 48 8 5 meqapiksellik əsas üçqat kamera, 16 meqapiksellik ön kamera, 18 vatt gücündə sürətli enerjidoldurma texnologiyasına 4000 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Bundan başqa, aparat “Snapdragon 675” səkkiznüvəli prosessora, 6 QB-lıq əməli yaddaş və 64/128 QB-lıq daxili fləş yaddaşa malikdir.

Smartfon “Flyme OS 7” interfeysli “Android 9.0 Pie” əməliyyat sisteminin idarəetməsi altında işləyir. 2 ədəd SİM-kart, “4G VoLTE”, “Wi-Fi” (802.11 ac), “Bluetooth 5”, “GPS” dəstəklənir, “USB Type-C” portu var. Smartfonun çəkisi 165 qr-dır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR