Slimfit
  1. DÜNYA

40 illik müharibə başa çatır - ABŞ ordusunu oradan çıxarır

40 illik müharibə başa çatır - ABŞ ordusunu oradan çıxarır
Sakura

40 illik müharibə başa çatır - ABŞ ordusunu oradan çıxarır

Əfqanıstanda 40 ilə yaxındır ki, davam edən müharibəni sonlandırmaq üçün ABŞ ilə Taliban arasında sülh müzakirələri başa çatıb.

Publika.az xəbər verir ki, görüşlərdə ABŞ-ı təmsil edən Zalmay Xəlilzadla Talibanın səlahiyyətli şəxsləri arasında 11 dəfə keçirilən görüşlərin nəticəsi olaraq hər iki tərəfin də həbs edilənləri azadlığa buraxması, Talibanın zorakılığı azaltması və Əfqanıstan hökuməti ilə dialoqa başlamasında razılığa gəldiyini açıqlayıb.

Razılaşma mətnində ABŞ qoşunlarının Əfqanıstandan mərhələli şəkildə çıxması mövzusu da yer alıb. Lakin prosesin başlama tarixi ilə bağlı bilgi verilməyib.

Taliban ilə ABŞ arasındakı anlaşmanın bu ayın sonunda Qətərin paytaxtı Dohada Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Avrupa İttifaqı və Əfqanıstanın qonşu ölkələrindən ibarət nümayəndə heyəti önündə imzalanması gözlənilir.

Əfqan hökumətinin atəşkəs təkidlərinə rəğmən, Taliban bunun yerinə 7 günlük hücumların dayandırılmasını qəbul edib.

Proses necə baş tutacaq?

ABŞ-Taliban arasındakı sülh razılaşması nəticəsində qruplaşma 22 fevraldan etibarən 7 günlük şiddəti azaldacaq. Taliban ölkə miqyasında hücumların sayını əhəmiyyətli dərəcədə aşağı salacaq. Əfqan hökumətinə görə, bu, atəşkəsin təmin edilməsi mənasına gəlir.

Bundan sonra ABŞ və Əfqanıstanın əlindəki 5 min talibançı, Taliban isə əlindəki 1 nəfəri azadlığa buraxacaq. Əfqanıstandakı tərəflər arasındakı dialoq isə məhkumlarla bağlı prosesin tamamlanmasından sonra başlayacaq. Bu görüşlərə ABŞ vasitəçilik edəcək.

Əfqan siyasətçilərlə hökumət arasında sülh razılaşması məsələsində hələ ki, fikir ayrılığı davam edir. Buna rəğmən, Prezident Əşrəf Qani sülh üçün hazırlıqlara başlayıb. Paytaxt Kabildə ölkə miqyasında komandanlar və qubernatorlarla toplantı keçirib.

Taliban ilə Əfqanıstan hökumətinin dialoqunu apracaq heyətin hökumət tərəfindən müəyyən ediləcəyini ifadə edən Qani görüşlərdə xalqın əsas haqlarının müdafiə olunacağını bildirib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR