Dərc edildi: Baxış sayı: 441
4 yaşı var, 70 kq çəkisi - ABŞ-a getmək istəyir
Türkiyənin Samsun şəhərində yaşayan 4 yaşlı Yağız Bektenin 70 kq çəkisi var.
Leptin hormonu çatışmazlığından əziyyət çəkən uşağın ailəsi onu ABŞ-da müalicə etdirmək istəyir.
Anası Sevda, Yağızın gecələr tənəffüs aparatı sayəsində yata bildiyini deyir:
"Mən 75, oğlum isə 70 kilodur. Onun vəziyyəti gündən-günə pisləşir. ABŞ-da 4 aylıq müalicə tələb olunur".
Bektenin valideynləri dövlətdən yardım istəyir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət