Slimfit
  1. SİYASƏT

4 kəndin Azərbaycana qaytarılması... – Türkiyə səfiri

4 kəndin Azərbaycana qaytarılması... – Türkiyə səfiri
Sakura

4 kəndin Azərbaycana qaytarılması... – Türkiyə səfiri

Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması üçün yaranmış tarixi fürsəti təşviq edəcəyik.

Ens.az Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin Braziliyadakı səfiri Halil İbrahim Akça deyib.

“Biz qəti şəkildə inanırıq ki, Cənubi Qafqaz davamlı sülh və sabitliyə əsaslanaraq çiçəklənəcək və layiq olduğu regional tərəqqiyə nail olacaq. Türkiyə bununla bağlı öz üzərinə düşən öhdəlikləri götürməyə davam edəcək. Biz Azərbaycan və Ermənistan arasında davamlı sülh üçün açılmış tarixi fürsət pəncərəsindən istifadəni təşviq edəcəyik”, - diplomat qeyd edib.

Türkiyə səfiri üçüncü tərəflərdən gözləntilərini də diqqətə çatdırıb:

“Üçüncü tərəflərdən gözləntimiz Ermənistan tərəfini Türkiyə ilə konstruktiv dialoqa sövq etməklə regiondakı bu müsbət hadisələrə dəstək verilməsidir”.

H.İ.Akça vurğulayıb ki, Ermənistan birtərəfli, şişirdilmiş və həqiqətə uyğun olmayan xülyada yaşaması nəticəsində təcrid olunmuş və təcavüzkar ölkəyə çevrildi:

“Ermənistan 1991-ci ildə Sovet İttifaqının dağılmasından dərhal sonra özünün təcavüzkar və etnomillətçi mövqeyi ilə Azərbaycan ərazilərinin, demək olar ki, üçdə birini işğal edərək 650 mindən çox Azərbaycan türkünü məcburi köçkün və ya qaçqın vəziyyətinə saldı. Azərbaycanın 2020-ci ildə İkinci Qarabağ müharibəsi ilə işğal olunmuş ərazilərini azad etməsi nəticəsində isə regionda davamlı sülh və sabitlik üçün tarixi fürsət yarandı. Hazırda Türkiyə ilə Ermənistan arasında normallaşma, Azərbaycan və Ermənistan arasında isə sülh prosesi gedir. Hər iki proses bir-birinə təsir edir”.

Diplomat söyləyib ki, belə bir məqamda mövcud təşəbbüslərə qarşı erməni diasporundakı radikal qrupların fəaliyyətinin mənfi təsirlərindən çəkinmək lazımdır:

“Biz bu yaxınlarda - 2024-cü il aprelin 19-da tərəflər arasında 30 ildir işğal altında olan 4 kəndin Azərbaycana qaytarılması və delimitasiya işlərinin davam etdirilməsi ilə bağlı əldə edilən razılaşmanı alqışladıq. Birbaşa danışıqlar yolu ilə əldə edilən bu müsbət inkişaf davamlı sülh sazişinin imzalanması istiqamətində mühüm addımdır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR