Slimfit
  1. TEXNOLOGİYA

3D printerin köməyilə saç tökülməsinə qalib gəlmək mümkün olacaq

3D printerin köməyilə saç tökülməsinə qalib gəlmək mümkün olacaq
Sakura

3D printerin köməyilə saç tökülməsinə qalib gəlmək mümkün olacaq

ABŞ-ın Kolumbiya Universitetinin mütəxəssisləri saç follikullarının yaradılması üçün istifadə ediləcək toxuma istehsalı və üçölçülü çap metodunu kəşf ediblər. Bu metodun insanları saç tökülməsindən xilas edəcəyi bildirilir. Alimlər follikulları laboratoriyada və canlı gəmiricilərdə yetişdirə biliblər.

TED.az-ın məlumatına görə, printer uzun və incə çap elementlərinə malikdir. Onlar insan dərisinin yaradılması üçün vacib komponentləri əldə etməyə imkan verir. Bu sistemdən istifadə etməklə, alimlər kollagen və  insan fibroblastlarından ibarət gelin incə qatını formalaşdıraraq, insan dərisinin strukturunu yaradıblar. Sonra istifadə edilən və mili xatırladan başlıq geldə dərin və dar çuxurlar yaratmağa imkan verib.

Daha sonra dendrit hüceyrələr həmin çuxurlarda əkilir və bioaktiv amillərdən ibarət kokteyllə doldurulur. Bu, onlara yetişmiş saç follikullarına çevrilməyə kömək edir. 

Alimlər dərini xatırladan strukturları siçanlara transplantasiya ediblər. 4-6 həftə sonra transplantasiya yerlərində insan saçlarına bənzəyən strukturların artması müşahidə olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR