Slimfit
  1. TEXNOLOGİYA

3D-çapın köməyi ilə plastik tullantılarından şəhər obyektləri yaradılacaq

3D-çapın köməyi ilə plastik tullantılarından şəhər obyektləri yaradılacaq
Sakura

3D-çapın köməyi ilə plastik tullantılarından şəhər obyektləri yaradılacaq

“Yeni Raw” Tədqiqat və Dizayn Studiyası Yunanıstanın Saloniki şəhərində plastik tullantılardan şəhər obyektlərinin 3D-çapını təşkil edib. Obyektlər “Print Your City” layihəsi çərçivəsində “Print Your City Zero Waste Lab” laboratoriyasında robotun köməyi ilə çap edilir.

Təşəbbüsün məqsədi şəhər həyat tərzinin ətraf mühitə zərər yetirməsinin qarşısını almaqdır. Yeni laboratoriyada şəhər sakinləri plastik emal və qənaət materialları, eləcə də şəhərin əraziləri üçün dizayn obyektləri ilə tanış ola bilərlər.

robo-hunter.com saytının məlumatına əsasən, dizayn hazır olduqda “Print Your City” obyektin 3D-çapı üçün lazımi plastik kütlə tullantılarının sayını hesablayacaq.

Layihə çərçivəsində “The New Raw” komandası dörd ton plastik tullantıdan istifadə etməyi planlaşdırır.

Şəhər sakinləri 2018-ci ilin dekabr ayından veb-saytda öz dizaynlarını təqdim etməyə başlayıblar. İlk obyektlər 2019-cu ilin yanvarından şəhərin mərkəzi parkında quraşdırılacaq. Layihəyə artıq 3000-dən çox fərqli ideya təklif edilib.

 

Mənbə: İct.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR