Dərc edildi: Baxış sayı: 851
3700 il əvvəl ölən ana və körpəsinin məzarı tapıldı
İtaliya və ABŞ-dan olan arxeoloqlar Misirdə, Asuana şəhərinin kiçik qədim qəbiristanlığında 3700 il bundan əvvəl doğuş zamanı ölən qadının məzarını aşkar ediblər.
Kult.az xəbər verir ki, qəbirdə tapılan 25 yaşlı qadının sümükləri onun doğuş zamanı öldüyünü ehtimal etməyə əsas verir. Körpənin skeletinin vəziyyəti də bunu göstərir. Qabaqcadan aparılan təhlil göstərib ki, qadının nə vaxtsa çanaq sümüyü sınıb və ehtimal ki, düzgün inkişaf etməyən sümüklər doğuşa maneçilik törədib.
Həmçinin bildirilir ki, qadının skeleti at dərisinə bükülüb. Qəbirin içində böyük miqdarda dəvəquşu yumurtasının qabıqları da aşkarlanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət