31 azərbaycanlı 600 erməniyə Barselonada qondarma “Artsax” bayrağını qaldırmağa imkan vermədi
Bu barədə “Ölkə.Az”a diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk məlumat verib:
“Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin təşkilatçılığı ilə baş tutan etiraz aksiyasında Barselonada yaşayan həmyerlilərimizlə bərabər İspaniyanın digər vilayətlərindən gələn azərbaycanlılar da iştirak ediblər.
Etiraz aksiyasında ispan dilində yazılmış “Qarabağ Azərbaycanın döyünən ürəyidir”, “31 Mart - Azərbaycanlıların soyqırımı günüdür” pankartları nümayiş etdirilib”.
Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin sədri Kərim Kərimov deyib:
“Tədbir keçirilən məkanın qarşısında say nisbətində ermənilərin dəfələrcə çox olmasına baxmayaraq aksiyada iştirak edən azərbaycanlılar heç nədən çəkinmədən sonadək etiraz aksiyasını davam etdirdilər. Belə önəmli gündə heç nəyə baxmayaraq bir araya gəlib, birlikdə daha güclü olduğumuzu nümayiş etdirən hər bir həmyerlimizə təşəkkür edirik.”
Aksiyada fəal iştirak edən “Valensiya Azərbaycanlıları” Cəmiyyəti sədri Mübariz İbrahim tədbirdə düşmənin planlarının puç olduğunu bildirib:
“Ermənilər özləri də aksiyanın keçirilməsindən şoka düşdülər. Soydaşlarımız tədbirdə fəal iştirak edirdi. Valensiya ilə Barselona arasında məsafə 400 km-dən çox olar. Biz buna baxmayaraq aksiyada iştirak etdik və vətənimiz qarşısında az da olsa borcumuzu yerinə yetirdik. Erməni yanlarına müdəqqəs bayrağımızlı əlimizdə alaraq,öz etirazımızı bildirdik. Necə düşmənlə üz-üzə səngərdə əsgərlərimizdir, burada bizik. Bundan sonra da erməni dasporunun yalanlarına qarşı mübarizəmizi aparacağıq”.
Medina de Pomar şəhərində yaşayan Azərbaycan-İspaniya Mədəniyyət və Ticarət Assosisasiyası direktorlar şurasının yaşadığı bölgə üzrə direktoru, sosial şəbəkədə İspaniya Azərbaycanlıları Birliyinin yaradıcı admini Vahid İmanov iki şəhər arasında məsafənin 800 km-ə yaxın olduğunu qeyd edərək, ancaq buna baxmayaraq tədbirdə iştirakının özünün müdəqqəs borcu olduğunu söyləyib:
“İspaniyada keçirilən tədbirlərdə fəal iştirak edirəm. İşlərimiz bir kənara qoyub,tədbirlərə gedirəm. Burada iştirak etməyə bilməzdim. Separatçıların bayrağının aksiyada qaldırılmasına imkan vermədik”.
İspaniya-Azərbaycan Ticarət və Mədəniyyət Assosassiyasının (ACAE) prezidenti Fərid Mustafayev Fransadan gələn yoldaşları ilə etiraz aksiyasına dəstək verdiklərini söyləyib:
“Ən əsası düşmənlərimiz birliyimizi gördülər. Bundan sonra da bir olacağıq”.
Milli Azadlıq Hərəkatının fəallarından biri, hal-hazırda Fransada yaşayan Saleh Aqşin aksiyada iştirak edib:
“Bir neçə polis maşını gəldi, ermənilər polislərə şikayət etdilər ki, azərbaycanlılar konsertimizə etiraz edirlər. Polislər isə gördülər ki, biz plakatlar və bayraqlarla dinc aksiya keçiririk. İspan dilini bilən dostlarımız polisləri başa saldılar ki, bu gün bizim soyqırım günümüzdür, onlar da qəsdən konsert edirlər”.
Sonda soydaşlarımız xatirə olaraq kollektiv şəkil çəkdiriblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət