Dərc edildi: Baxış sayı: 702
30 yaşından sonra bu qidaları yeməyin – Problemləri artırır
30 yaşına çatanda həyatınızdakı bir çox şey kimi maddələr mübadiləniz də dəyişir. Bununla birlikdə artıq arıqlamaq da çətinləşir. Bəzi qidalar var ki, bəlli yaş dövründən sonra onları yemək insan orqanizmi üçün iki qat faydalı və ya ziyanlıdır.
Medicina.az xəbər verir ki, düzgün qidaları seçərək həm maddələr mübadiləsi sürətini tarazlıqda saxlaya bilər, həm də yaşlanmağı gecikdirə bilərsiniz. Beləliklə, 30 yaşı keçən kimi, bu qidaları menyudan yavaş-yavaş çıxarın.
Şəkər Tozu
Maddələr mübadiləsi sürəti yavaşladıqca, orqanizmin şəkəri yandırma sürəti də azalır. Bu da artıq çəki olaraq geri dönür. Həddindən artıq şəkər istehlakı sonsuzluğa səbəb ola bilən insulin müqavimətinə yol aça bilər.
Əlavə dadlandırıcı
Süni dadlandırıcılar xərçənglə əlaqələndirilir. Onlardan mütəmadi istifadə piylənməyə, metabolik sindroma, diabet və ürək-damar xəstəliklərinə səbəb ola bilər.
Spirtli içkilər
Bəzi spirtli içki növləri bədəndə insulin səviyyəsini qaldırır. Bundan əlavə, çəki artımını sürətləndirir və müntəzəm istehlakı qaraciyərə zərər verə bilər. Alkoqol psixoloji cəhətdən insana mənfi mənada təsir edə bilər.
Kofein
Kofe və bəzi qazlı içkilərin tərkibindəki olan kofein yuxu keyfiyyətinə mənfi təsir göstərir. Spirtli içkilər kimi arıqlamağı da yavaşlada bilir.
Un
Bədəniniz ağ unu qlükozaya(şəkər) çevirir. Qlükoza isə bədəndə asanlıqla yağa dönür. Təmizlənmiş ağ unun orqanizmə faydası yoxdur. Bunun əvəzində, bütün növ taxıl və buğda məhsullarını seçə bilərsiniz.
Trans yağlar
Bu yağlar 30 yaşdan sonra xüsusilə təhlükə saçır. Əsasən də kişilərdə spermanın azalmasına səbəb ola bilər. Hormonların balansını pozan trans yağlar beyin funksiyasını da azalda bilər.
Bişmiş ət
Tərkibində nitrat olan bişmiş ət, bədəndə xərçəng təsirinə səbəb ola bilər. Buna görə, bütün kolbasa, sosis kimi ət növlərindən çəkinmək tövsiyə olunur. Bişmiş ət yüksək natrium və doymuş yağ tərkibinə malikdir. Bu da ürəyiniz üçün birbaşa ziyanlıdır.
Konservləşdirilmiş qidalar
Tərkibində yağ, duz və şəkərin çox olduğu konservləşdirilmiş qidalar eyni zamanda bir çox kimyəvi maddələrlə doludur. Konservlər həm ləzzətli, həm də əlverişli olsa da, onlardan uzaq durmaq lazımdır. Konservləşdirilmiş qidalar BPA ilə doldurula bilər. BPA isə hormonal pozğunluğa, xərçəngə, sonsuzluğa və çəki artımına səbəb olur.
Hazır souslar
Mayonez, ketçup, soya sousu və digər oxşar hazırlanmış sousların tərkibində bir çox əlavə maddələr var. Belə souslar yüksək natrium tərkibinə malikdir. Soya sousu isə fermentləşdirilmiş soyadan hazırlanır. Bu da döş xərçəngi hüceyrələrini və yaddaş problemlərini stimullaşdıra bilər. Bəzi insanlarda baş ağrısının yaranmasına da səbəb ola bilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət