30 yaşda ən çox qazanan idmançılar - Birinci Neymardır
30 yaşadək ən çox qazanan idmançıların siyahısı açıqlanıb.
"Qafqazinfo" "American Gambler"ə istinadən xəbər verir ki, siyahıya Braziliya millisinin və PSJ-nin ulduz futbolçusu Neymar başçılıq edir.
"Sambaçı" 2018-ci il ərzində 90 milyon dollar qazanıb. O, bu qazancın 73 milyonunu klubdan, 17-sini isə reklamlardan əldə edib.
İkinci yerdə isə "Hyuston Rokets"in basketbolçusu Ceyms Hardendir. 30 yaşlı idmançının qazancı 46,4 milyon dollardır.
İlk "üclüy"ü isə boksçu Saul Alvares qapayır. Meksikalı idmançını ötən il ərzində 44,5 milyon dollara sahib çıxıb.
Ən çox qazanan idmançıların siyahısında Neymarla yanaşı, Qaret Beyl (34,6 milyon), Paul Poqba (29,5 milyon), Oskar (27,4 milyon) kimi futbolçuların da adları var. Lakin bu futbolçulardan heç biri onluğa daxil edilməyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət