Slimfit
  1. CƏMİYYƏT

30 illik məğlubiyyətimizin son günü

30 illik məğlubiyyətimizin son günü
Sakura

30 illik məğlubiyyətimizin son günü

Bu, son gündür.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, bir də heç zaman deyə bilməyəcəyik: "Ötən il bu zaman yatsaq yuxumuza girməzdi ki..."

"Ötən il bu zaman Şuşa bizdə deyildi..."

"Ötən il bu zaman ermənilər Qarabağda özlərini yerin sahibi kimi aparırdı..."

"Ötən il bu zaman Ağdam, Laçın, Qubadlı, Kəlbəcər..."

"Ötən il bu zaman Paşinyan, Arutyunyan həyasızcasına Azərbaycanı yeni müharibə ilə hədələyir,

Yevlaxa qədər gələcəklərini, Kür çayında çiməcəklərini bəyan edirdilər..."

Bitdi!

**

Müqəddəs və möhtəşəm Vətən müharibəsinin ildönümü gəldi!

Xatırlayırsınızmı, o günü və ondan sonrakı 44 günü.

Və 44 gündən sonrakı günləri...

Orduya könüllü yazılanları...

Cəbhəyə yollanan Ordunun, əsgər maşınlarının arxasınca qaçıb, mübarək döyüşçülərimizə ərzaq,

siqaret, su, isti geyim verən camaatımızı.

Prezidentin ilk tvitlərini.

İlk azad olunan yerlərimiz haqqında məlumatlar...

Dronlarımızın Qarabağdakı itləri qovan, bombalayan videoları...

Bizə yaşatdıqların nəydi, Allahım!

"Başımızda fətva verən ayətullah-filan da yox idi.

Amma hamımız bir millət-ümmət olaraq, cihada qalxmışdıq’’

**

Tovuz döyüşləri bizi müharibəyə hazırlamışdı.

Şəhidlərin generalı Polad Həşimov xalqı özünə qaytarmışdı...

Amma yenə də hər şey bam-başqaydı, yeni idi.

Özümüzü, gənclərimizi, qonşumuzu-qardaşımızı, cəmiyyətimizi ...yenidən kəşf edirdik.

"Biz nə böyük xalqmışıq",- deyə özümüzə güzgüdə dönə-dönə baxırmış kimiydik...

**

Prezident gözümüzdə İstanbul fatehi qədər böyümüşdü...

Ali Baş Komandanımızı yenidən tanıyır, heyran qalırdıq...

"Başımızda nə güclü biri varmış’’...

Hər zaman şikayətləndiyimiz "bunlarla Qarabağı almaq olmaz’’, dediyimiz yeni nəslin təmsilçiləri, gənclərimiz Qarabağa, cəbhə xəttinə Şəhid, ya da Qazi olmağa yollananda hamımız dəyişmişdik artıq.

30 il məğlubiyyətdən bezən bir xalq səhnəyə çıxmışdı.

17 il müharibəyə hazırlaşan Ali Baş Komandan xalqını və ordunu Vətən müharibəsinə qoşmuşdu ...

Dini fətfa verəcək ayətullahımız-filanımız da yoxdu.

Amma hamımız bir millət-ümmət olaraq, cihada qalxmışdıq.

**

Poliqlot, praqmatik və təmkinli bir Prezidentimiz ...

Alovlu bir natiq, böyük savaşcı, gözüqara bir lider, bacarıqlı hərbi komandan imiş...

Bircə müraciəti ilə ümummili etimad-etibar qazandı.

Ritorikası, tərzi dəyişmişdi - xalqa müraciətləri, düşmənə mesajları bir ayrı aləm idi.

Bizə Tvitteri sevdirdi, nəinki özünü...

Döyüş meydanında hərbi əməliyyatları, strategiyanı koordinasiya edirdi.

Az sonra diplomatik müstəvidə savaş başladı...

Makron, Merkel, xristian klubu, erməni yanlı ölkələr üstümüzə tökülüşdü.

Bunlarla paralel informasiya savaşı gedirdi.

Planetin ən böyük televiziya və qəzetlərini təmsil edən məşhur jurnalistlər döyüş səhnəsinə çıxdılar...

Sonradan biləcəkdik - 10 ölkənin 26 media quruluşu, qlobal TV-lər, qəzetlər...

Yaşadığımız Yer kürəsinin informasiya məkanı...

3 istiqamətə də özü rəhbərlik etdi.

3 istiqamətdə də uğur qazandı.

Dost-düşmən heyran qaldı.

Onun apardığı müharibə hərb tarixinə düşdü.

Hərb nəzəriyyələrini dəyişdirdi...

**

Əks - hücum Lələtəpədən, Füzulidən başladı...

Amma düşməni yanılda bildik.

Paralel olaraq əsas gücü sanki Şimal Cəbhəsindən əks-hücuma vermişdik...

Ermənilərdəki məlumat da bu idi.

Oradan qarşılamağa hazırlaşmışdılar.

Ağdərə, Ağdam, Kəlbəcər istiqaməti...

Hətta Berd rayonundan, ya da Gədəbəy istiqamətindən – Qərb cəbhəsindən birbaşa Ermənistana girə biləcəyimiz barədə də dezinformasiya yayılmışdı.

Bu məlumatların daşıyıcıları da əksərən dövlət məmurları idilər.

Taktika belə idi.

Gerçək planı bildirməmək üçün düşünülmüşdü.

Ordunun içindəki şübhəli komandirlərə isə hücumu Şimal cəbhəsindən genişləndirmək tapşırığı verilibmiş.

Lakin Ali Baş Komandanın plan və strategiyası fərqliymiş.

Şimal Cəbhəsində bir sıra yüksəklikləri tutduqdan sonra, Cənub cəbhəsindən, türk üsulu, ‘’Aypara’’ taktikli hücum başladı və dərhal da genişləndi...

Şübhəli komandanlar ev həbsinə alındı, idarəetmədən uzaqlaşdırıldı.

Qısa müddətdə İranla sərhəd məntəqələri bir - birinin ardınca geri qaytarıldı.

Xudafərinə çatanda, Prezidentin Bakıdakı radikal opponentləri məsələnin çox ciddi olduğunu, müharibənin Azərbaycanın qələbəsi ilə bitəcəyini anladılar.

"Dədəm, gözün aydın", dedilər...

Dəyişən, böyüyən, döyüşən xalqa, orduya daha ürəklə qatıldılar.

Onunla Şuşaya qədər ‘’getdilər’’...

"O, yerdə qalan torpaqlarımızı da geri qaytaracaq.

Xocalı, Xocəvəndin düşməndə qalan qismi, Əskəran, Ağdərə...

Bəlkə də sabah..."

**

Bu da Şuşa!

Ermənilərin ordusunu dağıtmışdıq!

Belini də Şuşada qırdıq!

Şuşa fatehi İlham Əliyev bu xəbəri xalqa və dünyaya duyuranda bütün Azərbaycan ayaqda idi.

Bir daha düşmən qarşısında diz çökməmək şərti ilə!

Millət qəddini dikəltmişdi!

Qürurlu və sevincli idi...

200 illik geriləmə prosesi dayanmışdı!

Taleyimiz dəyişmişdi...

**

Şuşadan, qələbədən sonra görülən işlər...

Bu addımlar Azərbaycanın qarşıdakı 200 illik hədəfləri üçündür.

Bərpa prosesi, kommunikasiyalar, Şuşa Bəyannaməsi, Azərbaycan- Türkiyə- Pakistan ittifaqı...

Azərbaycan bölgədə və dünyada yeni gerçəkliklər yaratdı və onu idarə edir.

**

Tariximizdə bir ilkdir bu!

Anım günü!

Şəhidlərimizə, Qazilərimizə minnətdarlıqla həmin günləri yenidən yaşayacağıq.

Onların sayəsində!

Xalqımızla qürur duyuruq.

Ali Baş Komandanla qürur duyur və güvənirik.

O, yerdə qalan torpaqlarımızı da geri qaytaracaq.

Xocalı, Xocəvəndin düşməndə qalan qismi, Əskəran, Ağdərə...

Daha sonra isə Xankəndi.

Daha sonra Zəngəzur...

Çox da çox qalmadı - çox az qaldı!

"Bəlkə yarın, bəlkə yarından da yaxın!!!"

Erməniyə verəcək, ona güzəşt edəcək bir qarış torpağımız da yoxdur!

**

Yadında, ötən il bu zaman...

Məğlubiyyətimizin son günü...

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR