Slimfit
  1. MARAQLI

3 tonluq dönər ilə Ginnesin Rekordlar Kitabına namizəd

3 tonluq dönər ilə Ginnesin Rekordlar Kitabına namizəd
Sakura

3 tonluq dönər ilə Ginnesin Rekordlar Kitabına namizəd

Türkiyənin Sivas şəhərində kababxana işlədən Hakan Soysal 3 tonluq ət dönəri hazırlayaraq Ginnesin Rekordlar Kitabına düşmək istəyir. Ginnesin Türkiyə Nümayəndəliyi Soysalın müraciətini qəbul edib.

Sivasda yaşayan evli və 3 uşaq atası olan Hakan Soysal 15 yaşında qabyuyan kimi başladığı restoran sektorunda 27 illik iş təcrübəsi qazanıb. Uşaqlıqdan indiyə qədər bu sahədə işləyən dönər ustası Soysalın ən böyük arzusu dünyanın ən böyük dönərini hazırlamaqdır. Bursada 2005-ci ildə 2698kq ilə əldə olunan dünya rekordunu geridə qoymaq üçün 3 tonluq dönər hazırlamağı planlaşdıran Hakan Soysal bu dönəri pulsuz paylamaq istədiyini bildirib.

İndiyə qədər hazırladığı ən böyük ət dönərinin çəkisinin 1250kq olduğunu bildirən Soysal: “27 ildir bu işlə məşğulam. Ət dönəri rekordu üçün illərdir işləyirəm. Allah qismət etsə, dünyanın ən böyük dönərini hazırlayacağam. Rekord 2670kq ilə Bursadan olan bir sakinə məxsusdur. Biz 3 ton edəcəyik. Qabyuyan işindən başlayaraq indiyə qədər bu işlə məşğulam. Bu sahədə 26-27 ildir ki, işləyirəm. Bu iş uşaqlıq arzum idi, marağım var. İndiyə qədər hazırladığım ən böyük dönər 1250kq-dır. Bunu təkbaşına etmişəm. Ankarada Gənclik Parkında 1 ton dönər hazırladılar. Onu təxminən 20 usta hazırladı. Hazırda mən 1250kq dönəri təkbaşına hazırlayıram. Bu peşəmə olan sevgidir” – deyib.

Dünyanın ən böyük dönərini hazırlamaq üçün maddi və mənəvi dəstəyə ehtiyac var:

“3 tonluq ətin təxmini xərci 120 bin lirədir (təxminən 50min azn). Əlbəttə qalan işləri özüm görəcəm. Bunu Ramazanda Qədr Gecəsi hazırlaya bilərəm, onsuz da bu vaxtlar xalqımıza iftar yeməyi verirlər. Müraciətimi etmişəm. Rekord məsləhətçisi Aydın Türkçü ilə görüşmüşəm. Ərizə formalarını mənə göndərib. 4 ay əvvəlcədən müraciət etmək lazımdır. Londona göndərirlər. Onların xüsusi proseduru var, bunu reallaşdırmaq üçün ona əməl etməliyəm. İlk müraciətim qəbul olundu.”

 

Tərcümə: Famil Ələkbərov

Mənbə: CNN Türkiyə

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR