Dərc edildi: Baxış sayı: 497
3 nəfərə “Əməkdar müəllim” fəxri adı verildi
Prezident İlham Əliyev Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin əməkdaşlarına “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
AzEdu.az-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin 90 illik yubileyi münasibətilə və Azərbaycanda musiqi təhsilinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar müəllim” fəxri adı verilsin:
Kraynova Valentina Serqeyevna
Manafova Ülviyyə Azər qızı
Səttarova Səadət Qüdrət qızı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət