Dərc edildi: Baxış sayı: 574
3 nəfər hərarətə, 2 nəfər isə telefona görə imtahan verə bilmədi
Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi bu gün 15 şəhər və rayonda buraxılış (qəbul) imtahanları keçirib.
Ens.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.
İlkin məlumatlara əsasən, 3 nəfərin bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb. 2 nəfərdə isə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət