Slimfit
  1. ARAŞDIRMA

3 həftədən az istirahət edənlər təhlükə altındadır

3 həftədən az istirahət edənlər təhlükə altındadır
Sakura

3 həftədən az istirahət edənlər təhlükə altındadır

3 həftədən az istirahət etməyin ölüm riskini artırdığını deyən mütəxəssislər uzun iş saatlarının ürək üzərindəki mənfi təsirini ortaya qoyublar. Sağlam həyat tərzi yaşamağın istirahət etməyin yerini tutmadığını deyən ekspertlər 30 il ərzində toplanan faktlar əsasında istirahət etməyən insanların ölmə ehtimalının digərlərinə nisbətən daha çox olduğunu bildiriblər. 
 
Moderator.az xəbər verir ki, tədqiqatçılar araşdırma çərçivəsində mindən çox şirkətə rəhbərlik edən kişiləri nəzarətdə saxlayıblar. 1974-1975-ci illərdə işə başlayan bu şəxslərin həddindən artıq çəkili olma, siqaret çəkmə vərdişi, yüksək xolesterin, yüksək təzyiq problemləri yaşadıqları və bu səbəblə ürək-damar xəstəliyindən əziyyət çəkdikləri məlum olub.
 
 
Bu iştirakçılardan 612 nəfərə  hər dörd ayda bir sağlamlıq məsləhətləri verilib. Tövsiyələr arasında fiziki fəaliyyətdə olmaq, sağlam pəhriz, artıq kilodan çəkinmək, siqareti buraxmaq üçün ipucları verilib. Bundan başqa, lazımi gəldikdə müdaxilə qrupundakı kişilərə qan təzyiqini salacaq dərmanlar da verilib. Digər kişilər isə nəzarət qrupu olaraq tutulub və hər hansı bir məsləhət almayıblar. 
 
Çalışma nəticəsində 1974-cü ildən 2004-cü ilə qədər illik üç həftə və ya daha az istirahət edən  kişilərin ölüm riskinin, eyni qrupda yer alan, ancaq bir ildə 3 həftə və ya daha çox istirahət edənlərə nisbətən 37 faiz daha yüksək olduğu müəyyən olunub.
 
Hər hansı bir sağlamlıq tövsiyəsi almayan nəzarət qrupundakı insanlarda isə hər hansı bir dəyişiklik olmadığı müşahidə olunub.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR