Slimfit
  1. DÜNYA

3 gün sonra ilin ilk nadir hadisəsi olacaq

3 gün sonra ilin ilk nadir hadisəsi olacaq
Sakura

2019-cu ilin Günəş və Ay tutulmalarının vaxtı açıqlanıb

2019-cu ilin Günəş və Ay tutulmalarının vaxtı açıqlanıb.

Publika.az xəbər verir ki, bu il üç Günəş, iki Ay tutulması baş verəcək.

İl ərzində 8 dəfə meteor yağışı müşahidə ediləcək. İlin ilk Günəş tutulması yanvarın 5-6-da baş verəcək. Bu tam Günəş tutulması olmayacaq. Tutulma 23:34-də başlayacaq 03:48-dək davam edəcək. Günəşin 71 faizi örtüləcək. Bu hadisə Asiya qitəsinin şimal-şərqi və Alyaskada daha çox müşahidə ediləcək.

İlin ən mühüm göy hadisəsi 21 yanvarda olacaq. Bu zaman tam Ay tutulması müşahidə ediləcək. Tutulma 03:33-dən 06:50-dək davam edəcək. İlin ən mühüm tutulma hadisəsi əsasən Şimal və Cənubi Amerikada izləniləcək.

İlin ikinci Günəş tutulması iyulun 2-də müşahidə ediləcək. Bu zaman tam Günəş tutulmasə müşahidə ediləcək. Hadisə 18:01-dən 20:44-dək davam edəcək.

Sakit Okean və Cənubi Amerikada müşahidə ediləcək bu tutulma zamanı Ay nisbətən Yerə daha çox yaxın olacaq və təxminən 4.5 saat davam edəcək.

16-17 iyulda isə ilin ikinci Ay tutulması baş verəcək, lakin bu tam tutulma olmayacaq. Ayın 65 faizi Yerin kölgəsində qalacaq.

26 dekabrda isə halqalı Günəş tutulması olacaq. Bu hadisə Səudiyyə Ərəbistan, Hindistanın cənubu, Filippindən müşahidə ediləcək. Bu zaman Günəşin 97 faizi görünməyəcək.

11 noyabrda Merkuri Günəşin qarşısına keçəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR