Slimfit
  1. AZƏRBAYCANLI

29 yaşlı azərbaycanlı iş adamı Rusiyanın mağazalar şəbəkəsini aldı

29 yaşlı azərbaycanlı iş adamı Rusiyanın mağazalar şəbəkəsini aldı
Sakura

29 yaşlı azərbaycanlı iş adamı Rusiyanın mağazalar şəbəkəsini aldı

29 yaşlı İlqar Sabir oğlu Səfərova məxsus “Falcon Home Distribution” şirkəti 2019-cu il dekabrın 12-də “Mosxoztorq” mağazalar şəbəkəsinin yeganə sahibinə çevrilib.

Bu barədə Rusiyanın Rusiyanın hüquqi şəxslərin qeydiyyatı Reyetsterindən bildirilib.

Buna qədər “Mosxoztorq”un 39,5%-i reteylerin təsisçilərindən biri İlya Polyaçkova məxsus olub. O, aksiyaları hansı səbəbdən satdığını açıqlamayıb.

2018-ci ildə Sofiyada qeydiyyatdan keçən “Falcon Home Distribution” barədə, şirkətin mebel, parça, ayaqqabı və s. malların satışı ilə məşğul olduğu məlumdur. Onun əvvəlki sahibi 50 yaşlı Azərbaycan vətəndaşı Zaur Mişiyev olub. 2019-cu ilin sentyabrından onun yeganə sahibi Azərbaycan vətəndaşı İlqar Səfərovdur.

2019-cu il ərzində “Mosxoztorq”un sahibləri dəfələrlə dəyişib. Fevraldan sentyabradək kompaniyanın 10%-i Sankt-Peterburqlu sahibkar İlya Traberə məxsus olub. Daha əvvəl öz payından şəbəkənin təsisçilərindən biri olan Veronika Kiryanova imtina edib.

Qeyd edək ki,“Mosxoztorq” mağazalar şəbəkəsi ötən ildən problemlər yaşamağa başlayıb – ard-ardınca mağazaları bağlanıb. Nəhayət, bu ildən şəbəkənin yalnız 20 mağazası fəaliyyət göstərir.

Bundan əlavə, “Mosxoztorq”la bir çox təchizatçılar və şəbəkənin kirayişinləri məhkəməlik olub. Ötən ildən şirkət ödənişləri gecikdirməyə başlayıb. İndi kompaniya ümumi dəyəri 149,6 milyon rubl olan 53 işə görə cabahdehdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR