Slimfit
  1. CƏMİYYƏT

28-ci polis bölməsində zəngə uşaq cavab verdi

28-ci polis bölməsində zəngə uşaq cavab verdi
Sakura

28-ci polis bölməsində zəngə uşaq cavab verdi

Yasamal rayonu 28-ci polis bölməsində zəngimizə uşaq cavab verdi.

Bizimyol.info xəbər verir ki, Yasamal rayonu 28-ci polis bölməsinin internetdə yerləşdirilmiş nömrəsi ev sahibinə məxsusdur. Elə bizim də polis bölməsinə zəngimizə həmin evdə kirayə qalan ailənin övladı cavab verdi. Valideyni ilə danışdıqda aydın oldu ki, polisə zəng etmək niyyəti ilə nömrəni yığıb onlara zəng edən tək biz deyilik. Xanımın sözlərinə görə gün ərzində evlərinə ən azı 10-15 zəng gəlir. O deyir ki, artıq bu zənglərin əlindən beziblər. Həmin evdə kirayə qaldığını bildirən xanım: "Ev sahibi dəfələrlə polis bölməsinə nömrəni silməyi deyib, lakin bunun uzun iş olduğunu bəhanə gətirərək silmirlər".

Qeyd edək ki, Yasamal Rayonu Polis İdarəsinə dəfələrlə zəng edib məsələni aydınlaşdırmağa çalışsaq da zənglərimizə cavab verən olmadı. Maraqlıdır, vətəndaşlardan kimsə təcili olaraq hansısa hadisə ilə bağlı zəng etsəydi də mi zəngləri beləcə cavabsız qalacaqdı?

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR