Slimfit
  1. DÜNYA

27 yaşlı oğlan valideynlərini məhkəməyə verir - Məni dünyaya gətirərkən icazə almayıblar

27 yaşlı oğlan valideynlərini məhkəməyə verir - Məni dünyaya gətirərkən icazə almayıblar
Sakura

Hindistanda maraqlı olay yaşanıb

Hindistanda maraqlı olay yaşanıb.

Milli.Az xarici mətbuata istinadla bildirir ki, 27 yaşlı oğlan qəribə səbəbə görə valideynlərini məhkəməyə vermək istəyir.

Hindistanın Maxaraştra ştatının Mumbay şəhərində yaşayan 27 yaşlı Rafael Samuel anasını onu dünyaya gətirərkən ondan razılığını almadığına görə məhkəməyə verməyi planlayır.

Özünü antinatalist kimi təqdim edən Rafael bildirib ki, valideynlər uşaq dünyaya gətirərkən onun razılığını almadıqlarına görə doğulacaq övladlarına qarşı haqsızlıq etmiş olurlar.

Times Now News yazır ki, elə bu səbəbdən də Rafael valideynləri ilə bağlı məhkəməyə müraciət edəcək.

"Mən bütün hindistanlı uşaqlara demək istəyirəm ki, sizin valideynlərinizə hər hansı borcunuz yoxdur. Mən valideynlərimi sevirəm, onları çox istəyirəm, münasibətlərimiz də əladır. Lakin onlar məni sırf öz əyləncələri və məmnunluqları üçün dünyaya gətiriblər", - o, The Print-ə söyləyib.

Şəxsi Youtube hesabında bu barədə video paylaşan Rafael, həmçinin böyüklərə hörmətlə bağlı qəlibləşmiş düşüncə tərzinin də dəyişmək lazım olduğunu söyləyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR