Slimfit
  1. TEXNOLOGİYA

250 dollarlıq Redmi Note 7 flaqmanı kosmosa buraxıldı

250 dollarlıq Redmi Note 7 flaqmanı kosmosa buraxıldı
Sakura

250 dollarlıq Redmi Note 7 flaqmanı kosmosa buraxıldı

Ens.az xəbər verir ki, korporasiya smartfonun keyfiyyətini nümayiş etdirməyə qərar verdi. Cihazı temperaturun -60 dərəcə olduğu 30km hündürlüyə qaldırdılar.

Şirkət tez-tez smartfonlarının keyfiyyətinə olan qeyri-adekvat iddialarla qarşılaşır. Bununla əlaqədar olaraq onun rəhbərliyi öz smartfonlarının nəyə qadir olduğunu göstərərək sınaqdan keçirir. Bu dəfə də 250 dollar dəyərində olan Redmi Note 7 flaqmanını kosmosa buraxdılar. Redmi şirkətinin baş direktorunun paylaşdığı videoda korpusuna büdcə smartfonu Redmi Note 7 bərkidilən qaz balonunun kosmosa necə uçduğunu müşahidə etmək olar. Cihazı temperaturun 60 dərəcədən aşağı olduğu 30km hündürlüyə qaldırdılar. Şirkətin nümayəndələri qeyd ediblər ki, 250 dollara satılan flaqman üçün zədələr dəhşətli deyil, çünki 3d çap olunmuş çərçivə belə yüksəklikdə cihazları qorumaq üçün nəzərdə tutulmuşdur. Amma cihaz kosmosa təkcə onun möhkəmliyini yoxlamaq üçün buraxılmayıb. Redmi Note 7 Yerin 250 dollarlıq smartfon üçün kifayət qədər yaxşı olan şəkillərini çəkib. Həm də bu model ən yaxşılardan biri hesab olunur: o, bir kristallı platforma olan SoC Snapdragon 675 ilə təchiz olunmuşdur, korpus isə şüşə və metaldan hazırlanmışdır. Yeri gəlmişkən, şirkət özünün yeni smartfonlarının təkcə fiziki imkanlarını yoxlamır, həm də onun funksionallığını yaxşılaşdırır. Məsələn: bu yaxınlarda Redmi Xiaomi smartfonları üçün yenilənmə paketini təqdim edib. Burada ekran bloketməsi funksiyasının yaxşılaşdırılması, smartfonu idarə etmək üçün yeni jestlərin yaranmasını, həmçinin valideyn nəzarətinin qaytarılmasını müşahidə etmək olar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR