Slimfit
  1. AZƏRBAYCAN

243 ailə yeni qayda ilə güzəştli mənzil aldı – Rəsmi

243 ailə yeni qayda ilə güzəştli mənzil aldı – Rəsmi
Sakura

243 ailə yeni qayda ilə güzəştli mənzil aldı – Rəsmi

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 469 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na edilmiş dəyişikliklərə əsasən qarşıya qoyulan vəzifələrin icrası davam etdirilir.

Mənzil İnşaatı Dövlət Agentliyindən Axar.az-a verilən məlumata görə, qurumun ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin 6-13 saylı binalarında 12 və 14 iyul 2019-cu il tarixlərində “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş ümumilikdə 253 mənzildən 243-nün öz vəsaiti hesabına ödəniş üsulu ilə alğı-satqısı uğurla başa çatdırılıb.

Həmin mənzillərdən 29-u 14 iyul 2019-cu il tarixində “Güzəştli mənzil” sistemi vasitəsilə ilk dəfə olaraq gözləmə qaydasında mənzil seçimi etmiş şəxslər tərəfindən əldə edilib. Bu şəxslərdən 25-i mənzili gözləmə qaydasında birinci sırada, 4-ü isə ikinci sırada seçənlərdir.

Güzəştli şərtlərlə əldə edilmiş 243 mənzildən 43-ü 1 otaqlı, 137-si 2 otaqlı, 63-ü isə 3 otaqlıdır.

Mənzilləri öz vəsaiti hesabına əldə edən vətəndaşlar Agentlik tərəfindən tətbiq edilmiş əlavə endirimlərdən yararlanaraq 1 otaqlı mənzil üçün 26 933 manat (endirimdən əvvəl 29 925 manat), 2 otaqlı mənzil üçün 42 887 manat (endirimdən əvvəl 47 652 manat), 3 otaqlı mənzil üçün 58 875 manat (endirimdən əvvəl 65 417) ödəniş edib.

 

Mənzil əldə etmiş vətəndaşlar arasında ən azı 3 il hərbi xidmətdə olan, həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları, ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər və ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər üstünlük təşkil edir.

Qalan 10 mənzil yaxın vaxtlarda Yasamal Yaşayış Kompleksində mənzillərin satışı ilə bağlı növbəti elanda digər mənzillərlə birlikdə yenidən satışa çıxarılacaq.

Qeyd edək ki, bugünədək Yasamal Yaşayış Kompleksində həyata keçirilən mənzillərin satışlarının nəticəsində ümumilikdə 817 şəxs güzəştli mənzil alıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR