Dərc edildi: Baxış sayı: 590
Çinli elm adamları Günəş işığını dünyaya əks etdirəcək bir peyki kosmosa göndərəcəklərini və bu sayədə…
Çinli elm adamları Günəş işığını dünyaya əks etdirəcək bir peyki kosmosa göndərəcəklərini və bu sayədə 24 saat gündüz yaşanılacağını açıqlayıblar. Bu layihə ilə 6 min 400 kvadrat kilometrlik sahənin işıqlandıracağı ifadə edilib.
Moderator.az xəbər verir ki, ölkənin cənubunda yerləşən Çıngdu şəhərində inkişaf etdiriləcək peykin tikintisinin 2020-ci ilə qədər başa çatdırılacağı və Günəşin işığını Dünyaya əks etdirmək üçün nəhəng güzgülər quraşdırılacağı bildirilib.
Elm adamları həmçinin həyata keçirdikləri araşdırma çərçivəsində süni Ayın orbit əyarı, açılma və maarifləndirmə kimi idarələrinin də 2020-ci ildə tamamlanacağını söyləyiblər.
500 kilometr uzaqlıqdakı bir orbitə yerləşdiriləcək süni Ayın işıq intensivliyinin tənzimlənə və insanlar tərəfindən göy üzündə yalnız bir ulduz şəklində görünəcəyi də fadə edilib.
Qeyd edək ki, “Süni ay” adlı peykdən üç dənə istehsal edilərək 2022-ci ildə kosmosa göndərilməsi planlaşdırılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət