Slimfit
  1. TƏBİƏT

2300-Cü ilə qədər okean səviyyəsi 16 metr qalxacaq

2300-Cü ilə qədər okean səviyyəsi 16 metr qalxacaq
Sakura

2300-Cü ilə qədər okean səviyyəsi 16 metr qalxacaq

Alimlər güman edir ki, qlobal istiləşmənin nəticəsində buzlaqların əriməsi Dünya okeanı səviyyəsinin bu əsrin sonuna qədər artıq bir metr yarıma qədər artmasına səbəb olacaq. Bu prosesi dayandırmasaq, sonra vəziyyət daha da ağırlaşacaq.

Okean səviyyəsi bütün dövrlərdə artır, XX əsrin sonundan bu müşahisə aparılır. XXI əsrin əvvəllərindən bu proses sürələnib - okean 18 il ərzində təxminən 6sm dərinləşib. Bu azdır, amma Sakit okeanın Atoll adalarının sakinləri artıq narahatdır - onların torpaqları sudan elə də yüksəkdə deyil və səviyyənin növbəti artımı Mikroneziya və Polineziya kimi bir neçə ölkənin və orada məskunlaşan xalqların mövcudluğunu şübhə altına alacaq.

Bu gün üçün qəbul edilmiş qiymətləndirməyə əsasən, okean səviyyəsinin artımı bu əsrin sonuna qədər 0,4-0,8m, 2150-ci ilə qədər 0,9-1,8m, 2300-cü ilə qədər isə 2-4,5 metr aralığında olacaq.

Retger Universitetinin alimləri artıq iddia edirlər ki, bu proses əhəmiyyətli dərəcədə sürətlə gedə bilər.

Ekosistemlərə olan risklərdən başqa, okean səviyyəsinin belə əhəmiyyətli artımı Yerin hazırki sakinlərinin on bir faizi üçün təhlükəlidir. Bu məsələ artıq Atoll adaları ilə məhdudlaşmayacaq - ciddi dəyişikliklər Avropa, Asiya və hər iki Amerikanın xəritəsini gözləyir.

Alimlərin proqnozları ilə olan məqalə Annual Review of Environment and Resources nəşrində dərc olunub.

 

Mənbə: Popmech.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR