Slimfit
  1. AZƏRBAYCAN

23 kəndi mərkəzlə birləşdirən yol çökür

23 kəndi mərkəzlə birləşdirən yol çökür
Sakura

23 kəndi mərkəzlə birləşdirən yol çökür

 

Cənub bölgəsində 20 min əhalinin istifadə etdiyi Cəlilabad-Cəngan-Soltankənd avtomobil yolunda yenidən sürüşmə aktivliyinin artması yolda iri çatların yaranmasına gətirib çıxarıb.

Qafqazinfo” xəbər verir ki, bəzi ərazilərdə isə asfalt qatının çatlaması yolun hərəkət hissəsini daraldıb. 

Bu yolda demək olar ki, hər il sürüşmə aktivliyi müşahidə olunur. Yolda mütəmadi təmir-bərpa işləri aparılsa da Soltankənd və Hacıcavad kəndləri arasındakı hissədə yol yatağı yenidən dərəyə doğru axmağa başlayıb.

Sözügedən avtomobil yolunda sürüşmənə səbəb təpəlik ərazilərdən axan yeraltı suların yolun yataq hissəsindən keçərək dərəyə axmasıdır.

Cəlilabad rayon FHN komissiyasından bildirilib ki, yolun bu hissəsinə yeraltı suların axıdılmaması üçün suötrücülər qoyulmaqla ərazidə yaxın günlərdə təmir-bərpa işləri aparılacaq. 

Qeyd edək ki, sözügedən yol 23 kəndi rayon mərkəzi ilə birləşdirir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR