Dərc edildi: Baxış sayı: 611
23 ildir ayıyla bir evdə yaşayan ailə
Moderator.az xəbər verir ki, söhbət Stepan adlı ayıdan gedir. Stepan, Svetlana və Yuri Pantelenko ilə birlikdə Moskvadakı evlərində yaşayır. Ailə onu hələ üç aylıq olanda meşədə taparaq evə gətirib. Ovçular tərəfindən yaralı olan ayı evdə bəslənərək həyata qaytarılıb.
23 illik bərabərliyin sonunda Stepan ailənin əzəvedilməz bir üzvünə çevrilib. O, ailənin ev işlərinə kömək edir, birlikdə televizora baxır. Stepan həm də insanları da çox sevir. Bu günə qədər o, heç bir insana hücum etməyib. O, hər gün 25 kloqram ət, bundan başqa tərəvəz və yumurta yeyir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət