Slimfit
  1. TEXNOLOGİYA

217 milyon "Facebook" istifadəçisinin telefon nömrəsi internetə sızıb - Şirkət təsdiqlədi

217 milyon "Facebook" istifadəçisinin telefon nömrəsi internetə sızıb - Şirkət təsdiqlədi
Sakura

217 milyon "Facebook" istifadəçisinin telefon nömrəsi internetə sızıb - Şirkət təsdiqlədi

"Facebook" təxminən 217 milyon istifadəçisinin telefon nömrələrinin internetdəki bir mılumat bazasında olduğunu təsdiq edib.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, istifadəçilərə aid məlumatların internetdə açıq halda paylaşıldığını ilk olaraq "TechCrunch" adlı veb-sayt açıqlamışdı. Şirkət məlumat bazasının kimlər tərəfindən yaradıldığını və internetdə necə açıq şəkildə paylaşıldığını araşdırdıqlarını deyib. Sözügedən telefon nömrələrinə internetdə şifrəsiz olaraq baxmaq olurdu. "TechCrunch" saytının məsələni ifşa etməsindən sonra həmin məlumat bazası deaktiv edilib.

"Facebook" 2018-ci ilin aprelində telefon nömrəsi ilə digər istifadəçilərə zəng etmə özəlliyini bağlamışdı. Şirkət tərəfindən verilən açıqlamada bildirilib ki, uzun illərdir gizlilik ayarlarını dəyişməyən şəxslərin də nömrələri internetdə ola bilər.

Məlumat bazasında paylaşılan nömrlərin 133 milyonu ABŞ-a, 18 milyonu İngiltərəyə və 50 milyonu Viyetnamda aid olub. Digər 16 milyon isə fərqli ölkələrə məxsusdur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR