Dərc edildi: Baxış sayı: 1085
21 yaşında bir milyon dollar qazanıb
Dünya şöhrətli pop ulduz Robbi Uilyamsın türk əsilli həyat yoldaşı Ayda Field ötən günlərdə “The X Factor” yarışmasında münsiflik etməyə başlayıb.
Oxu.Az xəbər verir ki, bu hadisədən sonra Aydanın həyat yoldaşının şan-şöhrətinin sayəsində yarışmada jüri olduğu iddia edilib.
Lakin “The Sun” qəzeti məsələsinin əsl üzünü ortaya çıxarıb. Məlum olub ki, 20 ildən çoxdur şou dünyasında olan Field sərvətini özü əldə edib.
Belə ki, 21 yaşında “Həyatımızın günləri” serialında rol alan Ayda Fieldin illik gəliri bir milyon dollar olub.
Uğurlu karyerası olan Ayda isə Robbi ilə evlənəndən sonra işindən ayrılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət